Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (4-05-2015, 20:14)
Şah Abbasın vəfat etdiyi məscid - XÜSUSİ REPORTAJ

İranın Mazandaran vilayətində tarixi abidələrin çoxu Səfəvi şahı I Şah Abbas dövründə tikilib. Vilayətin iqtisadi-mədəni inkişafının ən parlaq dövrü də məhz I Şah Abbasın adı ilə bağlıdır. Bu səbəbdən yerli əhali Şah Abbasın adını hörmətlə çəkir. 

 

Mazani etnik qrupundan olan sürücümüz deyir ki, Şah Abbas mazanilərdən qız aldığına görə biz qohum düşürük. Biz, yəni Azərbaycan türkləri ilə farsdilli mazanilər.

 

Mazandaran vilayətinin paytaxtı Sari şəhərinin 28 kilometrliyində yerləşən Fərəhabad yaşayış məntəqəsində yerləşən məscid-mədrəsə kompleksinə gedirik.

 

Bu məscid-mədrəsə kompleksi Səfəvi şahı I Şah Abbas tərəfindən tikilib. Rəvayətdə deyilir ki, Şah Abbasın özü də burada dünyasını dəyişib. Daha sonra cənazəsi Ərdəbilə aparılaraq orada dəfn olunub.

 

Tarixi mənbələr isə Şah Abbasın 1629-cu ilin 19 yanvarında Mazandaran vilayətinin Əşrəf şəhərində 58 yaşında vəfat etdiyini göstərir. Görünür şahın Saridə vəfat etməsi rəvayəti mazanilərin Şah Abbasa sevgisindən doğub.

 

Bu kompleks qədim Fərəhabad şəhərindən günümüzə çatan tək abidədir, buna görə Şah Abbas məscidi bu şəhərin kiçik modeli hesab oluna bilər. Kompleksin yerləşdiyi Fərəhabad şəhəri XVI əsrin sonu - XVII əsrin əvvəllərində abadlaşdırılıb. I Şah Abbas Səfəvi dövlətini şimal-şərqdən yadelli hücumlardan müdafiə etmək üçün Xəzər sahilində yeni bir şəhər salmaq qərarına gəlir. Əlverişli məkan olaraq Tahan kəndi seçilir. I Şah Abbas burada saraylar, mədrəsələr, qəsrlər, hamamlar, dükanlar tikdirir. Kənd qısa zamanda abadlaşdırılır və ticarət mərkəzinə çevrilir. Aparılan abadlıq işləri I Şah Abbasda fərəh hissi oyatdığından bu yer Fərəhabad adlandırılır. İpək yolu üzərində yerləşən Fərəhabad qısa zamanda bölgənin ən iri ticarət mərkəzinə çevrilir. Şəhər salınarkən vaxtilə Səfəvilərin paytaxtı olan İsfahanın Nəqşe-Cahan meydanındakı tarixi-memarlıq üslubundan istifadə olunub.

 

Şəhər salınan zaman dəniz sahilində yerləşməsi nəzərə alınıb və gələcəkdə buradan liman şəhəri kimi istifadə olunması planlaşdırılıb. Dəniz və quru nəqliyyatının inkişafı Fərəhabadın qonşu ölkələrlə daha sıx əlaqələr qurmasına imkan yaradıb. Fərəhabad haqqında avropalı səyyahların əsərlərində çoxlu qeydlərə rast gəlmək mümkündür.

 

XVII əsrdə burada olan italiyalı məşhur səyyah Piter Do Lavelle bu şəhəri İstanbul və Roma ilə müqayisə edir. Şəhər qala divarları ilə mühafizə olunub. Uzunluğu 6 kilometr olan qala divarları zaman keçdikcə dağılıb. Şəhərin xoş günləri çox çəkməyib. II Şah Abbas dövründə Stepan Razinin başçılıq etdiyi kazak dəstələri şəhəri viran edib. Şəhər əhli qılıncdan keçirilib və tikililər yandırılıb.

 

Şəhərdən günümüzə Şah Abbasın tikdirdiyi cəmi bir neçə abidə qalıb. Zamanın gərdişinə ən çox davam gətirən, tarixi-memarlıq quruluşu baxımından daha çox seçilən isə Şah Abbas məscid-mədrəsə kompleksidir. Orta əsrlərdə bu kompleksdə din təlimi tədris olunub və buradan şəhər məscidi kimi istifadə edilib. Mədrəsədə təhsil alan tələbələrin qaldığı hücrələr və hamam kompleksi hələ də qalmaqdadır.

 

Bundan əlavə, şəhərdə iki qədim körpünün - Şah Abbas və Türkmən körpülərinin izləri qalmaqdadır

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024