Karusel (27-04-2015, 11:27)
Qadın güləşçilərimiz 4 medal qazandılar
Sofiyada güləş üzrə beynəlxalq turnir keçirilib
Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir keçirilib. 53-cü dəfə keçirilən turnirdə ölkəmizi qadın güləşçilərdən ibarət yığma komandanın üzvləri təmsil edib.
Azərbaycan Güləş Federasiyasından Ans press-ə bildirilib ki, 55 kq çəkinin finalında Azərbaycan təmsilçiləri üz-üzə gəlib. Bolqarıstan və İtaliya təmsilçilərini üstələyən təcrübəli Nataliya Sinişin finalda digər təmsilçimiz, Tunis və Almaniya güləşçilərini üstələyən gənc Alyona Kolesnik ilə qarşılaşıb. Maraqla gözlənilən final görüşü təcrübəli Nataliya Sinişinin qələbəsi ilə yekunlaşıb. Nataliya Sinişin qızıl, Alyona Kolesnik isə gümüş medala yiyələnib.
69 kq-da təmsilçilərimiz Nadya Muşka və Elis Manolova ilk görüşdə qarşılaşıb. Görüşdə qalib gələn Nadya Muşka finala yüksəlmək üçün Bolqarıstan təmsilçisini də üstələyib. Finalda İsveç təmsilçisi ilə görüşü uduzan Nadya Muşka gümüş medalla kifayətlənib. Elis Manolova isə, bürünc medal uğrunda Bolqarıstan güləşçisini üstələyib və fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
12 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025