Karusel (23-04-2015, 18:07)
Azərbaycanda ölü pulu “yeyən” bank işçiləri haqqında cinayət işi açıldı
“Kapitalbank” ASC-nin “İmişli”, “Şabran və “Biləsuvar” filiallarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə qeyd olunan bankdan daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluqdan “Mediatv.az”-a verilən məlumata görə, bankın “İmişli“ filialının kredit şöbəsinin sabiq əməkdaşları Zaur Əzizov, Maqsud Yaqubov və baş xəzinədar Seymur Qasımov saxta kredit müqavilələrini rəsmiləşdirilib, kredit məbləğlərinin müştərilərə tam həcmdə verməyib və kreditləri qəsdən ödənişə yönəltməyib. Bankın “Şabran” filialının sabiq mütəxəssisi Ceyran Orucova müştərilərin şəxsiyyətini təsdiq edən sənədləri müvafiq qaydada yoxlamadan 295 rayon sakininə 305 ədəd ödəniş kartı hazırladıb, bankın “Biləsuvar” filialının sabiq baş xəzinədarı Nəriman Cəfərov və əməliyyatçısı Pərviz Əzizov isə vəfat edən rayon sakininin adına olan plastik kartdan pul vəsaitlərini məxaric ediblər. Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.