Karusel (18-04-2015, 15:31)
Nemtsovun qanunsuz uşaqları görüşdü
Uşaqların anaları varis siyahısına düşmək iddiasındadırlar
Fevral ayında Kreml yaxınlığında güllələnərək qətlə yetirilən müxalifətçi Boris Nemtsovun sevgililəri maraqlı addım atıblar.
Onlar siyasətçinin nigahdan kənar övladlarının görüşünü təşkil ediblər.
Ölümündən bir ay keçməmiş bir neçə övladı və sevgilisi üzə çıxan Nemtsovun bir yaşlı oğlu Borya İftodi ilə 17 yaşlı Daniel Lesnikov bir araya gəlib.
Görüşdən fotolar sosial şəbəkələrdə yerləşdirilib.
Xatırladaq ki, hər iki qadın övladının atasının B.Nemtsov olduğunu iddia edir və varislər siyahısına düşmək istəyir. Maraqlısı odur ki, 33 yaşlı Yekatrina İftodi ilə modelyer Anna Lesnikovun bunu reklam məqsədilə etdiyi, hətta onların menecerinin belə eyni olduğu qeyd edilir.
Y. İftodinin sözlərinə görə, Boris körpə oğlunu ancaq fotolardan görüb. O, soyadını vermək istəyən ərəfədə isə məluma hadisə baş verib və qətlə yetirilib.
A. Lesnikova isə oğlunu 17 il öndə dünyaya gətirib. Guya o zaman cütlük körpənin atasını gizlətmək qərarına gəliblər. Bunu isə Annanın vətəndaş nigahında olan ərinin mənəvi zərbə almaması üçün ediblər.
Düzdür hələ onların əlində Nemtsovun övladlarının atası olduğunu sübut edən heç bir fakt yoxdur. Buna baxmayaraq hər iki qadın uşaqlarının yaxşı gələcəyini təmin etmək üçün varislik mübarizəsinə qoşulmağa hazırlaşır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
12 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025
11 06 2025