Aktual (20-09-2022, 20:04)
Saleh Məmmədov onlara “yaşıl işıq” yandırıb
Artıq xeyli müddətdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, əməkdar mühəndis fəxri adını daşıyan cənab Saleh Məmmədovun rəhbərlik etdiyi bu dövlət qurumunda və onun tabeli strukturlarında büdcə vəsaitlərinin hansı yollarla talan edilməsi, rəhbər şəxslərə bağlı olan hər kəsin mühüm postlara təyinat almaları və s. bu gün də geniş ictimaiyyətin müzakirə etdiyi əsas mövzularındandır. Bir sözlə, bu dövlət qurumunda qohumbazlıq, yerlibazlıq, dosbazlıq və digər amillər elə bir həddə şaxələnib ki, bütün bunlara qarşı mübarizə aparıb qalib gəlməyin özü olduqca müşkül məsələdir. Məsələn, media üzərindən apardığımız araşdırmalara, əldə etdiyimiz müəyyən məlumatlara görə vaxtilə büdcə vəsaitlərini tarmar etməklə Bakı şəhərinin müxtəlif ərazilərində özü üçün daşınan və daşınmaz əmlaklara, yəni bahalı avtomobillərə, qiyməti yüzminlərlə dəyərləndirilən bağ evlərinə, paytaxtın ayrı-ayrı ünvanlarındabir neçə bahalı mənzillərə, ələlxüsus çoxsaylı obyektlərə sahib olan, bəzi çevrələrdə isə “maliyyə bossu” adı ilə tanınan, eyni zamanda cənab Saleh Məmmədova bu və ya digər formada bağlı olduğu bildirilən Vahid Muradov, xeyli müddət bundan öncə 17 N-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nə rəis təyin olunur. Bu şəxsin fəaliyyəti ilə bağlı bəzi araşdırmalar apardıqda o da məlum olur ki, səndemə Vahid Muradov ötən illər ərzində Sabunçu rayonu ərazisində rəhbərlik etdiyi müəssisənin “altından girib üstündən çıxır”. Belə bir səbəbdəndir ki, bu şəxsin “topdağıtmaz əmlaka” malik olması haqda xəbərlər, məhz bu gün də ölkə gündəmini zəbt etməkdədir. O halda sual oluna bilər ki, görəsən Vahid Muradov hansı göstəricilərinə görə Saleh Məmmədovun diqqətini cəlb edir ki, Agentliyin sədri ona daha mühüm postu həvalə edir? Demək, bu şəxsin də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri ilə hansı formada bağlılığı var ki, rəhbərlik ona bu yöndə “yaşıl işıq” yandırır.
Redaksiyamıza daxil olan başqa məlumatlara görə, Vahid Muradovun rəhbərlik etdiyi 17 N-li Xüsusi Təyinatlı Yolİstismarı MMC-nin əməkdaşları, ayyarım bundan əvvəl Siyəzən rayonunda bir neçə kəndin kəndarası yollarına asfalt döşəyirlər. Amma, necə? Elə bu necəliyin varlığıdır ki, görülən işlərin keyfiyyəti bu gün də müzakirə mövzusuna çevrilib. Məsələn, çatdırılan məlumatlara görə ruhu və düşüncəsi büdcə vəsaitlərinə “qənim kəsilmək” yöndə yoğrulan Vahid Muradov, bu dəfə də büdcə talançılığına “əl qoymağı” unutmur və görülən işlər heç bir standarta cavab vermir. Yəqin ki, bu şəxsin gördüyü işlərin əhəmiyyəti və keyfiyyəti haqda cənab Saleh Məmmədov da az-çox məlumata malikdir. O halda sual oluna bilər ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrini nə varar edir ki, o, 17 N-li Xüsusi TəyinatlıYolİstismarıMMC-də rəis vəzifəsini bu şəxsə həvalə edir? Yayılan səhih məlumatlarda o da bildirilir ki, istər Vahid Muradovun, istərsə də bu dövlət qurumundavəzifə sahibi olan digər şəxslərin büdcə talançılığına qol qoymalarında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Maliyyə İdarəsində rəis vəzifəsini daşıyan Müseyib Həmzəyevin xüsusi rolu olur. Yerlərdə dolaşan söz-söhbətlərə görə, əgər Vahid Muradov Sabunçu rayonu ərazisində rəhbərlik etdiyi müəssisədən əldə etdiyi gəlirləri əvvəllər kimlərləsə bölüşürdüsə, bu gün isə əldə etdiyi gəlirləri Siyəzən RİH-nin başçısıicra başçısı Novruz Novruzovla bölüşür. Yəni, bu şəxsin idarəçiliyinin əsasında daim büdcəyə “əl gəzdirmək”, talançılığa qol qoymaq istəyi durduğundan, o, bu gün də adət etdiyi vərdişindən heç cür əl çəkmir, yaxud da əl çəkmək istəmir. Yayılan məlumatların birində isə vurğulanır ki, hədsiz dərəcədə maliyyə imkanına sahib olan Vahid Muradov ara-sıra, yəni ürəyindən keçdiyi vaxtlarda kef məclisləri də düzüb qoşur və o, Saleh Məmmədovun “qara kassa”sı funksiyasını məharətlə yerinə yetirir.
Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq.
P.S.Hörmətli oxucular! Çox yaxın günlərdə17 N-li Xüsusi TəyinatlıYolİstismarıMMC-nin rəisi cənabVahid Muradov barəsində sensasion faktları hər kəsin diqqətinə çatdıracağıq. O halda xəbərdar olacaqsınız ki, bu şəxsin əməlləri hansı amallar üzərində yoğrulub?

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024