Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (10-04-2015, 13:57)
Saçınıza bürcünüzə uyğun forma verin

Daha öncəki yazımızda bürclərə uyğun geyim stilindən bəhs etmişdik

 

Budəfəki yazımızda isə hansı saç modelinin bürcünüzə uyğun olduğunu öyrənəcəksiniz.
 
Qoç
 
Qoçlar aktiv həyat tərzi keçirirlər. Cəsur addımlar atmaqdan çəkinməyən qoçlar asanlıqla forma verilən qısa saç kəsiminə üstünlük verməlidirlər. Əgər saçlarınızı uzun saxlamaq niyyətindəsinizsə, o zaman atquyruğu modeli sizin üçün uyğundur.
 
Buğa
 
Buğa bürcü altında dünyaya gələn qadınlar inadkar, səbirli insanlardırlar. Adətən, gözəl və cazibədar olurlar. Dəbdəbəli saç modellərinə nifrət edirlər. Təbii görünüş bəxş edən saçlar onlara çox yaraşar.
 
Əkizlər
 
Əkizlər istiqanlıdırlar. Əylənməyi çox sevirlər. Onlar forması tez pozulmayan saç modellərini xoşlayırlar. Əgər saçınız kifayət qədər sağlam və gözəldirsə, yuyub qurutduqdan sonra, sadəcə, mussla bir az həcm verib evdən çıxa bilərsiniz.
 
Xərçəng
 
Ən duyğusal qadınlar xərçəng bürcü altında dünyaya gələnlərdir. Onlar hər şeyin ən mükəmməlini əldə etməyə çalışırlar. Bu prinsip saç mövzusunda da dəyişməz olaraq qalır.
 
Xərçənglər həm utancaq olur, həm də insanlarla ünsiyyətdən qaçırlar. Ona görə də xərçəng bürcündən olan xanımlara uzun saçlar məsləhət görülür. Belə saç diqqəti üz və gözlərdən uzaqlaşdırdığı üçün xərçənglər ictimai yerlərdə özlərini daha rahat hiss edəcəklər.
 
Şir
 
Kübar saç modelləri sizə uyğun deyil. Çünki siz hər kəsin diqqətini öz üzərinizdə toplamaq istəyirsiniz. Ona görə də ən dəbdəbəli saç modellərini sınaqdan çıxartmaq istəyirsiniz.
 
Əgər geyiminizdə sadəliyə üstünlük versəniz, dəbdəbəli saç modellərində də olduqca zərif görünə bilərsiniz.
 
Qız
 
Qız bürcü altında dünyaya gələn qadınlar dağınıqlıqdan nifrət edirlər. Ona görə də saçlarını toplasalar, özlərini daha rahat hiss edə bilərlər. Bu rahatlığın gün boyu davam etməsi üçün saç spreylərindən və laklardan istifadə edə bilərlər.
 
Tərəzi
 
Tərəzilər cazibədar və zarafatcıl olurlar.
 
Yüksək zövqə malik olmaları isə onların ən diqqətçəkici xüsusiyyətləridir. Lüksü çox sevirlər. Ona görə də bu xanımlara sadə və şıq saç modelləri tövsiyə edilmir. Siz özünüzü ancaq çılğın saç kəsimləriylə xoşbəxt və gözəl hiss edə bilərsiniz.
 
Əqrəb
 
Əqrəb bürcünün qadınları soyuq və sakit təsir bağışlayırlar. Onlar hər zaman baxımlı olur. Özlərinə uyğun saç və makiyaj stilini tapmaqda ustadırlar. Məsləhətə ehtiyacları olmur. Yenə də xatırladaq ki, əqrəb qadınlarına şıq, zərif saç modelləri daha çox yaraşır.
 
Oxatan
 
Azadlığa düşkündürlər, macəranı sevirlər. Bu xanımlar gel, sprey kimi saça forma verən məhsulları xoşalmırlar.
 
Oxatan bürcündən olan qadınlara uzun və düz saçlar daha çox yaraşır.
 
Oğlaq
 
Qıvraq zəkaya sahibdirlər. Saçlarına verdikləri formanın saatlar sonra pozulması onları çox əsəbiləşdirir. Ona görə də bol-bol gel, spreydən istifadə edirlər. Bu xanımlara yalnız kimyəvi tərkibli məhsullardan uzaq durmağı məsləhət görə bilərik.
 
Sutökən
 
Sutökən bürcü altında doğulan qadınlar olduqca  seksual olurlar. Ancaq saç baxımını vaxtı-vaxtında etmirlər. Bu qüsurları onların bütün gözəlliyinə kölgə salır.
 
Belə xanımlara saç tiplərinə uyğun məhsulları seçərək, onlardan düzgün istifadə etməyi məsləhət görürük. Bir az tənbəl olduqları üçün çox baxım tələb etməyən saç kəsimlərinə üstünlük versələr, yaxşı olar.
 
Balıq
 
Romantik insanlardırlar. Çox həssas olmaları onların ziyanınadır.
 
Saçları da özləri kimi həssasdır. Ona görə də saçlarını boyamamalıdırlar.
 
Təbii maskalardan istifadə etməlidirlər. Saç fenindən az istifadə etmək üçün təbii görünüş bəxş edən, asanlıqla forma alan saç modellərini seçməlidirlər.
 
Bürcünüzə uyğun bahar modası yazısını isə bu linkdən oxuya bilərsiniz.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024