Karusel (2-04-2015, 15:12)
Qıfılı bağla, at dənizə, gözlə...”
Bir müddət öncə Bakıda öldürülən falçının qatilinin ali təhsilli hüquqşünas olduğu barədə xəbəri oxuyanda, yəqin ki, şoka düşənlər olub
Təbiidir. Hüquqşünaslar hələm-hələm adam öldürməzlər, çünki onun cəzasının nə olduğunu hamıdan yaxşı bilirlər.
Burada qeyri-təbii olan şey falçının ölməsidir. Adətən başqalarını gələcəkdə nə gözlədiyini deyən, özlərindəki fövqəl istedadla (vergiylə) onların mərəzinə əlac qılan adamlar gərək öz başlarına da nə gələcəyini bilsinlər. Təəssüf ki, bilmirlər. Artıq neçə falçı qolu qandallı halda içəridədir, bir-ikisi öldürülüb, yerdə qalanı isə vaxtaşırı söyülür-döyülür.
Hüquqşünasın falçıya dua yazdırması isə lap anormal haldır. Adam orta məktəbi əla qiymətlərlə bitirib, yüksək balla hüquq fakültəsinə daxil olub, oxuyub-bitirib, pis-yaxşı öz ixtisasına uyğun işdə işləyir, camaatın içində “oxumuş adam” sayılır, amma durub gedib falçının yanına ki, bəs mənim dərdimə bir əlac et.
Adam, əsəblərin yerində deyil, dispanserlər var, psixiatrlar var, get, müayinə eləsinlər, müalicəyə başlasınlar. Başın ağrıyır, yenə cürbəcür həkimlər var, get analiz ver, müayinə olun, dərdini bil. Falçı sənə nə edəcək? Onun hansısa bir tibb təhsili, bilgisi, məlumatı varmı ki, sənə də kömək eləsin...
Dünyagörüşsüz, elmsiz, savadsız, nadan, cahil, xurafatçı, mövhumatçı adamların falçıya, yeni terminlərlə desək, ekstrasensə pənah aparması, bu kimi dələduzlardan mədəd umması bir az başadüşüləndir, amma ali təhsilli adamların falçı qapısında boynubükük oturub gözləməsi dünyanın ən tragikomik tablosudur.
Çox təəssüf, yüz dəfə təəssüf, min dəfə əfsus ki, bu saat bizim ölkəmizdə istənilən falçı ikicə dəfə telekanalda görünməklə 40 ilin tibb professorundan daha çox pasiyent toplaya bilir.
İnsanlarda möcüzəvi şəfaya inam hardandır, mat qalmalı işdir. Hamı istəyir ki, bir dua ilə bütün sağlıq problemləri həll olunsun, hətta o dua onun karyerasına, biznesinə də ciddi təkan versin.
Prinsipcə, mümkün deyil. Üstünə üç-beş kəlmə mənalı və ya mənasız söz yazılmış kağızı cibə qoymaqla başdakı miqrenin müalicəsi mümkünsüzdür. Bir əməkdaşımız var, belə bir hadisə danışır: “Bir gün anam xaricdə oxuyub gəlmiş molla qohumumuza məni göstərib dedi ki, bizim uşağın başı ağrıyır, ona bir dua yaz. Molla anama baxıb başını buladı, dedi ki, ay bacı, oğlunun başı ağrıyır, həkimə apar dəə, dua ona nə edəcək axı”.
Əlbəttə, həmin molla qohumu olduğu üçün qadına belə deyib, başqası olsaydı, o da kağıza “bismillah” yazacaq, 10-15 manatını alıb qoyacaqdı cibinə.
Söz yox, bütün dünyada ekstrasenslərə inanırlar, pul verirlər, amma bizdə bu inam kütləvidir, cəmiyyətin bütün təbəqələrini, bütün qruplarını əhatə edir. Hər gün minlərlə adam “bəxtini açdırmaq” və kimlərinsə “bəxtini bağlatdırmaq” üçün falçıların, ekstrasenslərin, cürbəcür dələduzların yanına gedir.
Elektrik mühəndisi olan və Bakı bulvarındakı yük terminalında işləyən bir tanış vardı, o, bir dəfə bulvarda görüb ki, iki qız sahilə yaxınlaşdı, oğrun-oğrun o tərəfə-bu tərəfə baxaraq çantalarından kağıza bükülü ağır bir şey çıxarıb suya atdılar. Qızlar gedəndən sonra mühəndis maraqlanıb, dənizin dibində güclü maqnit sahəsi yaradan qurğunu işə salıb, əşyanın suya atıldığı yerə sallayıb, sonra onu sudan çıxarıb, görüb ki, qurğunun baltasına əlliyə yaxın paslı və qəttəzə qıfıl yapışıb. Bəzilərinin açarı da üstündəymiş. Bu o deməkdir ki, həmin qızlar yenicə kiminsə “evini yıxıblar” və buna inana-inana, xoşbəxtcəsinə evə yollanıblar.
Təsadüfən həmin “qıfılı bağlanmış” oğlan o günlərdə qəzaya düşsə, ya da başına nəsə xoşagəlməz bir iş gəlsə, qızlar təbii ki, onlar üçün bu savab işi görmüş ekstrasensə inanacaq və bir daha yanına gedəcəkdilər.
Əksinə olsaydı, yəni “bəxti bağlanmış” oğlan özünə qəşng toy eləsəydi, daha böyük vəzifəyə təyin olunsaydı, o halda qızlar başqa tədbirlərə əl atacaqdılar, ağıllarına gəlməyəcəkdi ki, qıfılı kilidləyib suya atmaqla insanların həyatını pisləşdirmək mümkün deyil.
Hamı falçını öldürən hüquqşünas qədər hövsələsiz deyil axı, gedib məsələni birdəfəlik həll eləsin...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024