Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (30-03-2015, 19:28)
Güzəştli kampaniyanın bitməsinə bir ay qaldı

Güzəştli kampaniyanın bitməsinə bir ay qaldı

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti abunəçilərin nəzərinə çatdırır ki, 30 aprel 2015-ci il tarixində “Asan İmza” mobil elektron imza xidmətinə qoşulmaya dair qüvvədə olan güzəştli kampaniyanın müddəti bitir. 

 

“Mediatv.az”-in məlumatına görə, ötən ilin 16 may tarixindən etibarən qüvvədə olan bu kampaniya çərçivəsində hər üç “Asan İmza” istifadəçi kateqoriyası (vətəndaşlar – fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri, dövlət qulluqçuları) üzrə xidmətə qoşulma qiymətləri endirilərək 18 AZN təşkil edirdi və bununla əvvəlki qiymətlərlə müqayisədə “Asan İmza”nın əldə edilməsi üzrə vətəndaşlara 40 faiz, hüquqi şəxslərin nümayəndələrinə 90 faiz, dövlət qulluqçularına isə 80 faiz qənaət etmək imkanı yaradılmışdı.

İstifadəçilər arasında “Asan İmza” mobil elektron imzanın artan populyarlığı, eləcə də “Asan İmza”nın effektiv qənaət aləti olduğu nəzərə alınaraq, bu xidmətə qoşulma üzrə qiymətlərin bundan sonra da əvvəlki səviyyədə saxlanılmasına qərar verilib. Beləliklə, cari ilin 1 may tarixindən başlayaraq bütün “Asan İmza” istifadəçi qrupları üzrə xidmətə qoşulma haqqı 18 AZN, aylıq abunə haqqı 1 AZN, göndərilən 1 SMS ismarıcının qiyməti isə 0,03 AZN təşkil edəcək.

Onu da qeyd etmək lazımdır ki, yaxın zamanlarda “ASAN Xidmət” tərəfindən yeni, “Asan Ödəniş” innovativ xidmətinin istifadəyə verilməsi gözlənilir. Bu xidmət vasitəsilə sürücülər “Asan İmza”dan istifadə edərək əlavə qeydiyyatdan keçmədən öz elektron kabinetlərinə daxil olaraq real zaman rejimində yol-hərəkət qaydalarının pozuntusuna görə cərimələrinin olub-olmamasını yoxlaya, cərimənin foto və video materialları ilə tanış ola və cəriməni onlayn ödəyə biləcəklər. Bundan əlavə, “Asan Ödəniş” portalında (www.asanpay.az) avtomobillərinin dövlət nömrə nişanlarını “Asan İmza” vasitəsilə qeydiyyatdan keçirən bütün sürücülər cərimələri barədə Asan Ödəniş sistemi tərəfindən ödənişsiz SMS ismarıclar alacaqlar.

“Asan Ödəniş” sistemində, eləcə də dövlət və özəl təşkilatların təqdim etdiyi elektron xidmətlərdə “Asan İmza”dan istifadəyə marağın daha da stimullaşdırılması məqsədilə, həmçinin may ayında ölkə üçün əlamətdar olan bir sıra tarixləri qeyd edən həmvətənlərimizin bayram ovqatına əlavə sevinc qatmağı hədəfləyərək həmin ayda daha bir həvəsləndirici aksiyanın keçirilməsi qərara alınıb. Qeyd edilən aksiya çərçivəsində “Asan İmza” xidmətinə qoşulmaq istəyən istənilən şəxs xidmətin aktivləşdirilməsi üçün nəzərdə tutulmuş 18 AZN məbləğində ödənişi etmədən “Asan İmza” mobil elektron imzanın istifadəçisinə çevrilə biləcək. Aksiyanın başlanma tarixi və müddəti barədə yaxın zamanlarda əlavə məlumat veriləcək”.

Siz də öz “Asan İmza”nızı almağa tələsin və ölkədə mövcud olan 500-dən artıq müxtəlif elektron xidmətlərdən asanlıqla faydalanmağa başlayın.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024