Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (16-07-2022, 21:22)
Xaçmazda daha bir ŞÜBHƏLİ TENDER... - İLGİNC FAKTLAR

 Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı elan etdiyi açıq tenderin qalibini açıqlayıb.

DİA.AZ xəbər verir ki, 1 077 755 manatlıq tenderin qalibi "Taleh-A.T." Müəssisəsi olub.

Xatırladaq ki, "Taleh-A.T." Müəssisəsi bundan əvvəl Quba Rayon İcra Hakimiyyəti Başçisinin Zərdabi Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin uşaq bağçasında əsaslı təmir işləri üzrə 38 900 manatlıq tenderin qalibi olub.
 "Taleh-A.T." Müəssisəsi davamlı olaraq Xaçmaz RİH-in tenderlərində `QALİB` elan olunur. Halbuki bu qurumun adı dövlətin yanında heç də müsbət mənada hallanmır.

Xatırladaq ki, təkcə elə iki əvvəl də Xaçmaz RİH "Taleh-A.T." Müəssisəsinə Xaçmaz şəhərinin daxili küçələrinin təmiri və yenidən qurulması işlərinin həyata keçirilməsi məqsədilə 953 054 manat ödəmişdi.

Apardığımız araşdırmalar da təsdiqləyir ki, son iki il ərazində görülən işlərin ümumi dəyəri 200 min manatdan artıq deyil və bu da yeyinti faktını tam çılpaqlığı ilə təsdiqləyir. İndi isə Xaçmaz RİH eyni şirkətə 1 milyondan artıq yeni vəsaiti ayırır. Hər halda hüquq-mühafizə orqanları bu faktları araşdırsa, ortaya daha samballı faktlar çıxar.
Rəsmi qurumların yaydığı məlumata görə, "TALEH - A.T." müəssisəsi malların dəyərini azaltmaqla vergidən dəfələrlə yayınıb. Hər halda belə bir şirkətə dövlətin milyonlarının əmanət olunması ən azından şübhəlidir...

Məsələ ilə əlaqədar bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024