Karusel (28-03-2015, 22:34)
Dubay şahzadəsini Hacıqabul çöllərinə gətirən ov şakəri haqda yeni məlumatlar - Fotolar
Ekzotik turizm həvəskarı olan ingilis zənginlər Naxçıvan və Qəbələdə muflon ovlayır, Dubay Şahzadəsi Qarasuda quş quşlayır.
“Forbes” jurnalının yazdığına görə 18 milyard varidatı olan Dubay şahzadəsinin Azərbaycana gəlişi maraqla qarşılanıb. Bunca sərvət sahibini ölkəmizə gətirən səbəb də maraqlıdır. Dubay Şahzadəsi şeyx Həmdan bin Məhəmməd bin Rəşid ov həvəskarı imiş. Onunla bərabər ölkəmizə 15-ə yaxın dost-tanışı da gəlib. Məlumdur ki, bu ərəb şahzadələrinin ölkəmizə ilk gəlişi deyil. Zənginlərin, xüsusən ərəblərin Azərbaycanı seçməsi ekzotik turizm imkanlarıdır. Belə məlumatlar var ki, ərəb milyarderlərinin Azərbaycana gəlişi yerli mətbuata sızsa da, məsələn, imkanlı ingilislərin ölkəmizə ekzotik turizm məqsədilə gəlişləri diqqətdən kənar saxlanılır. İngilislər əsasən Qəbələdə və Naxçıvanda muflon(dağ keçisi) ovunu sevirlər. 1 keçinin ovlanmasına görə müvafiq qurumlara 7 min dollar ödəmək belə onları ov şakərlərindən qoymur. Və çox vaxt ovlanan muflonun yalnız buynuzlarını kəsib götürən ingilislər keçinin cəmdəyini yerli bələdçilərinə hədiyyə edirlər.
Bir neçə helikopterlə Azərbaycana gələn Dubay şahzadəsini də ölkəmizə gətirən ov şakəridir. Şahzadə “Fairmont Baku” otelində gecələyib, Bakının küçələrində, bulvarında gəzib, selfie çəkib. Bir neçə günlük Bakıda qonaq olan şahzadə helikopterlə Hacıqabula yollanıb. Qonaqlar rayonunun Qarasu və Muğan kəndlərində bəzgək quşları ovlayıblar. Ovda xüsusi öyrədilmiş şahinlərdən də istifadə olunub. Ümumiyyətlə, ərəblərin şahin quşlarından istifadə etməklə ov etməsi yeni adət deyil. Hacıqabuldakı qaynağımız deyib ki, şahzadə və ətrafının Qarasudakı ovu 2 saata yaxın davam edib. Bildirib ki, Şahzadənin ovda selfie çəkmək kimi hobbisi var. Onun ovladığı bəzgəklərin zəngin ingilislərtək yerli bələdçilərinə hədiyyə verib-verməməsi haqda məlumat yoxdur.
Şahzadənin ovladığı bəzgəklərin sayının getdikcə azalması ilə bağlı da narahatedici məlumatlar var.
Ümumdünya Zoologiya Sorğu kitabında bəzgək quşu haqda belə bir qeyd var - latınca tetrax adlanır və Gruiformes dəstəsindan bir quş növüdür. Sayı getdikcə azalmaqda olduğundan Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib. Bəzgək Kür-Araz və Lənkəran ovalıqlarında, İori və Alazan çayları vadisində, Acınohur və Ceyrançöldə yayılıb. Böyük və Kiçik Qafqaz sıra dağlarının meşəsiz ətəklərində qışlayır. 20-ci əsrin əvvəllərində bəzgəklər kütləvi surətdə Azərbaycan ərazisində qışlayırdılar. Həmin illərdə Kür-Araz ovalığında qışlayan ayrı-ayrı dəstələrdə 20 minə kimi quş müşahidə olunub. Hər il 40-45 min bəzgək ovlanıb. Sonradan bəzgəkin sayı ardıcıl surətdə azalıb. Ötən əsrin 90-cı illərindən bəzgək Azərbaycanda yuvalamır. 1993-1996-cı illərdə respublikada 100 minə kimi qışlayan quş müşahidə edilib. Əsas təbii düşmənləri yırtıcı quşlar və çaqqallardır. Ovçular tərəfindən təqib edilməsi də bəzgəklərin sayının azalmasına təsir edir. Azərbaycana sentyabrın axırı – oktyabrın əvvəlində gəlir, martda qayıdır. Dubay Şahzadəsinin ətrafı ilə bəzgək ovuna martın əvvəllərində gəlməsi də bu baxımdan təsadüfi saymaq olmaz.
Anspress-in məlumatına görə Dubay şahzadəsi Qəbələdə də olub, kanatda gəzib. “Fazza” ləqəbilə şerlər yazan şahzadə Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biridir. Şeyx Həmdan Dubay əmirliyi taxtına əsas varis hesab olunur. 32 yaşlı şahzadə əsil şərq nağıllarının qəhrəmanı kimi yaşayır. O, vaxtının çoxunu dəvə təsərrüfatına, at çapmaq dərslərinə, şahin quşu ilə ov etməyə, “Formula 1” yarışlarına həsr edir. Dubay taxtına sahib olmaq üçün şeyx Həmdan aktiv siyasətlə də məşğul olur. Bir müddət öncə ərəb zənginləri üç həftəyə yaxın Mil düzündə - Kür-Araz ovalığının cənub-qərb hissəsində ova gəlmişdilər. Onların arasında Qətər əmirinin oğlanları, qardaşları olub. İnternetdə yayılan kadrlardan görünür ki, Qətər şeyxləri iki 6 təkərli “Gelandewagen”, “Range Rover Cabrio” və daha 8 yolsuzluq avtomobili ilə paytaxtda şütüyürlər. Onlar ərəb nömrəsilə gəzdikləri avtomobillərini Bakıya Dubay aviareysi ilə gətirmişdilər. Ərəblər ov zamanı Saatlı rayonu ərazisində, Mil düzündə çadırlar quraraq orada qalıblar. Neftçala ərazisində isə bəxtləri gətirməmişdi. Dəyəri yarım milyon dollardan artıq olan avtomobilləri palçığa batmışdı. “Mercedes Benz”, “Gelandewagen”i eyni markalı digər avtomobillə çıxarmaq cəhdi uğursuz alındığından avtomobillər aşıb. Turistlərin köməyinə yerli neftçalılar gəlib, aşmış avtomobilləri traktorla ərazidən çıxardıblar. Ərəb şeyxlərini Azərbaycana gətirən zəngin təbiətdir. Son vaxtlar zəngin şəxslərin Azərbaycana marağının artması ölkədə VİP turizmin, ümumiyyətlə turizm bazasının inkişafından xəbər verir. Turizm sahəsinin mütəxəssisləri bu marağı ilk növbədə Azərbaycanın beynəlxalq arenada təqdimatı ilə əlaqələndirirlər.
“VİP qonağın özünəmxsus təlabatları olur. Bunun üçün güvənlik hər şeydən vacibdir. Hazırda Azərbaycanda yeni mehmanxanalar, ictimai iaşə sturukturları inkişaf etməkdədir. Bunun xaricində bölgələrdəki təbiət əsas amildir”, – deyə Turizm üzrə mütəxəssis Fərid Hüseynov bildirib. Gələn
qonaqların ilk düşdüyü yer Bakı dünyanın ən inkişaf etmiş, turist cəlb edə biləcək gözəl şəhərlərindəndir./müsavat.com/
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024