Karusel (27-03-2015, 14:25)
Lev Tolstoyun Allah arayışı
Lev Tolstoyun Allah arayışı“Həyatıma necə son verim?”- deyə düşündüyüm zamanda qəlbim hüzünlü duyğularla dalğalanırdı
Bu duyğulara bir ad vermək gərəksəydi, “Allah arayışı” deyərdim. Bu düşüncə ilə deyil, duyğuyla aranan bir anlayış idi. Bu bir tərkedilmə qorxusu, bir yalnızlıq duyğusuydu, kainatın orta yerində bilinir bilinməz yardım gözləmək, ümid duyğusuydu. Allahın varlığının isbatlanmasının qeyri-mümkün olduğunu qəbul etmişdim. Çünki, Kant bunu isbatlamış, mən də qəbul etmişdim. Buna rəğmən arayışdaydım. Zamanla yaşamaq üçün ehtiyacım olan şeyi itirirdim. Ruhumu qorxu sarmışdı, dualara sarıldım, ondan yardım dilədim. Duymurdu. Qəlbim onun yoxluğu şübhəsiylə dolmuşdu. Bu dünyadan və məndən qopmuş olan allah bir buz parçası kimi gözlərim önündən əriyib getdi, sonda bir heçlik içindəydim. Yaşam mənbəm qurumuşdu. İntihardan başqa çıxış yolu olmamaq duyğusu, fəqət, ən pisi bunu belə bacara bilmirdim. “Allah yoxdur!” çığırdım özümə, yoxdur, heç bir möcüzə onu isbatlaya bilməz. Çünki, möcüzələr mənim xəyal gücümün məhsulu və üstəlik də məntiqə zidd. Bəs mənim aradığım yaradıcı qavramı? O haradan gəlir? Bu düşüncəylə birgə içimdə yaşam sevinci dalğalanmağa başladı. Çevrəmdəki hər şey yaşam gücü və anlam qazandı. Bu da uzun sürmədi, ağıl öz işini görürdü, sorğulayırdı.
Sonda daxilimə döndüm və orada nələr olur, deyə özümə baxdım. Ölüb dirilməyə dair yüzlərlə olay xatırladım. Anladım ki, mən yalnız inandığımda yaşayırdım, inanmadığım zamanlarda yaşam da yox olurdu. Allahın varlığına dair inancım qalmadığında yaşamla əlaqəli bağlarım da qopurdu. Onu aradığım zaman yaşayırdım. Onda, o vardır. Allahı bilmək və yaşamaq bir ve eyni şeydir. Allah yaşamdır. Allahı arayaraq yaşadığın təqdirdə, yaşam Allahsız olmaz.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024