Karusel (23-03-2025, 15:06)
Bünyad Qasımov şəhid oğlunun pulunu ödəmir,özü isə Novruz bayramını xarici ölkələrin birində qeyd etdi

Şəhid oğlu Tofiq Əzimov, Ali Baş komandan Ilham Aliyev cənablarından imdad diləyir.
Dəyərli dostlar, Bir neçə gün bundan öncə Bakı Abadlıq Xidməti-nin rəhbəri Bünyad Qasımova müraciət etmişdim, problem həll olunmadığından təkrar müraciət etmək zorunda qaldım.
Xocalını Abadlaşdırmalı olan şirkət "Bakı abadlıq"ın rəhbəri Bünyad müəllim, Xocalıda hər iki valideyni Şəhidi olmuş Tofiq Əzimovun halal 14 min manatını verməkdən imtina edir. O pul ki, "Abadlığın" mətbuat katibi Lalə xanım Əliyeva da borc olduğunu təsdiqləyib. "Əlimdə səs yazısı var" indi isə müxtəlif bəhanələrlə şirkət pulu verməkdən imtina edir. Bu işdə tək əziyyət çəkən Tofiq deyil, Bakı Abadlıq bölgələrdə böyük bir narazı kütlə yaradıb.
Saxta bir profildən mənə yazıb təhdid etmişdilər ki, sən bu işlə bağlı yazıları davam etdirsən sənin üçün pis olacaq. Əlavə etmişdirlər ki, Bünyad müəllim Baş Nazirin müavini Yaqub Eyyubovun adamıdır, ona heç kim bata bilməz. Bu məlumatın nə dərəcədə düz olduğunu bilməsəm də, belə olmadığını isbatlayan fakta malik deyiləm. Əminliklə deyim ki, Yaqub Eyyubov bilsə ki, Şirkət şəhid oğlunun pulunu vermir, 1 saata o pulu ödətdirər.. Bildiyim odur ki,bu şirkət işçilərin pulunu aylarla gecikdirir. 4 aydı Bakı abadlıq xidməti işçilərə pul vermir. Arqument isə budur. "Pul yoxdur"
Məndə olan məlumata odur ki, Bünyad Qasımov Novruz bayramını qeyd etmək üçün Azərbaycanda öz zövqünə uyğun yer tapmadı, bu bayramı xarici ölkələrin birində qeyd etdi. Əminəm ki, Bünyad müəllimin bir gecə otel pulu deyil 14 min manat. Amma o pulun üstündə bir neçə ailənin haqqı var, o ailələr bu il bayramı qarşılaya bilmədi.
Bünyad müəllimin borclu olduğu Şəhid övladı isə 32 ildən sonra öz ata anasını itirdiyi XOCALI rayonunda ilk bayramı qeyd edə bilmədi. "Qeyd edim ki Tofiq Əzimov hal hazırda Xocalıda yaşayır, ilk köç edənlərdəndir S.C" Səbəb isə Şirkətin onların pulun verilməməsidir.
Məni Bünyad müəllimdən qorxutmaq istəyənlərə isə demək istəyirəm ki, Bu ölkədə Şəhid övladının haqqını tələb etməyə cürəti çatmamaq, yaşaya yaşaya ölməkdir.
Dəfələrlə Ali baş komandan, Ilham Aliyev cənabları qeyd edib ki, İşçilərin məvacibi vaxtında verilməlidir, Şəhid övladlarına xüsusi diqqət göstərilməlidir.
Şəhid övladı da xaiş etdi ki, Səsini aidiyyatı qurumlara çatdırım.
Mediatv.az 
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
25 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
24 03 2025
23 03 2025
23 03 2025