Karusel (16-12-2024, 20:06)
Musiqi məktəbinin diplomsuz direktoru bazar açıb
Musiqi məktəbinin diplomsuz direktoru bazar açıb: “Ay alan! Məmləkəti-Rey satıram! “
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəhbərliyi qış yuxusunda...
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli, Sumqayıt şəhəri Sarıqaya yaşayış massivinin “Metallurq” düşərgəsində yerləşən Laçın rayon Şəlvə kənd 7 illik Uşaq Musiqi Məktəbinin direktoru Habil Rüstəmov musiqi məktəbində bazar açıb. Heç bir ali təhsili olmayan, kollec diplomu ilə böyük bir təhsil müəssisəsinin rəhbəri vəzifəsinə yol tapan bu şəxs, son 2 il ərzində bu müəssisəni əsl rüşvət və korrupsiya yuvasına çevirib.Bunu Mediatv.az-ın elektron poçtuna gəlmiş məktubda deyilir.Şikayətçi daha sonra yazır:
Diplom, istedad? – Bunları boş ver. De görüm 10 minin var,yoxsa yox?
Bütün müəllimlərə xərac kəsən Habil Rüstəmov, musiqi məktəbinin bütün əməkdaşlarının aylıq əmək haqqısına ortaqdır. Hər bir əməkdaş ayın sonunda aldığı əmək haqqının bəlli bir miqdarını Habil Rüstəmova verməklə öz iş yerini qoruyub saxlamağa çalışır.
Habil Rüstəmov nümayişkəranə şəkildə bildirir ki, onun qanunsuz tələblərini yerinə yetirməkdən imtina edən kəs elə həmin gün tutduğu vəzifədən azad ediləcək. Habil Rüstəmov deyir ki, “bayırda işsiz qalan minlərlə müəllim var. Kimə desəm 10 min manatı yalvara-yalvara verəcək ki, bizi işə götür”.
Bu arada qeyd edək ki, Habil Rüstəmov Laçın rayon Şəlvə kənd 7 illik Uşaq Musiqi Məktəbinə müəllimləri məhz 10 min manata işə götürür. 7-8 min manata isə yalnız o şəxsləri işə götürür ki, “ona xüsusi hörməti var”, yaxud həmin şəxsin xahişini ondan “hörmətli yoldaş” edib.
Direktorun bütün qohumları onun rəhbərlik etdiyi məktəbdə işləyir
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli Laçın rayon Şəlvə kənd 7 illik Uşaq Musiqi Məktəbi ilə bağlı daha bir anormallıq Habil Rüstəmovun bütün yaxın qohumlaırnın onun rəhbərlik etdiyi məktəbdə işləməsidir. Məktəbdə Habil Rüstəmovun təxminən 10-a yaxın qohumu işləyir ki, onların bəzilərinin ümumiyyətlə diplomu yoxdur.
Xatırladaq ki, qanunvericilikdə açıq şəkildə qeyd olunub ki, əgər bir şəxs hansısa müəssisəsdə rəhbərdisə, həmin müəssisədə onun ailə üzvləri, yaxın qohumları işləyə bilməz. Lakin qanunun bu tələbi də Habil Rüstəmovun vecinə deyil. Məktəb müdiri bütün yaxın qohumlarına dövlət büdcəsi hesabına əsl atalıq etməkdədir.
70 minlik avtomobil, iki kafe, üç nəhəng market, onlarla mənzil və daha nələr...
Yığdığı pullar hesabına özünə 70 min manat məbləğində bahalı avtomobil alan Habil Rüstəmov, “dilə-dişə düşməmək üçün” işə adi avtomobillə gəlib-getməkdə, özünün mümkün qədər kasıb göstərməkdədir. Müdir təyin olunandan sonra iki kafe, üç nəhəng market və Bakıda daxil bir sıra rayonlarda çoxsaylı mənzillər satın alan Habil Rüstəmov hər kəsin göz qarşısında rüşvət və korrupsiya yolu ilə qaz vurub qazan doldurmaqdadır. Heç kim ona gözün üstə qaşın var demir. Halbuki, Mədəniyyət Nazirliyi, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi, o cümlədən güc orqanları Habil rüstəmova verməsi gərəkən sualalr var:
1.Ali təhsili olmayan bir şəxs musiqi məktəbinin direktoru vəzifəsində necə çalışır?
2.Qanun qadağan etdiyi halda, Habil Rüstəmov bütün qohumlarını ərtafına necə yığıb?
3.Habil Rüstəmovun məktəbdə yaratdığı rüşvət piramidasına niyə bu vaxta qədər müdaxilə edilməyib?
Mövzunu davam etdirəcəyik.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024