Karusel (21-10-2024, 12:37)
Deputatın vəzifəli qohumu haqda sensasiya: ABŞ-da cəbhəçi adı ilə…
Milli Məclisin komitə sədri Hicran Hüseynova yenidən medianın gündəminə gəlib. Deputatın əmisi nəvəsinin ABŞ-da siyasi sığınacaq aldığı deyilir.
Globalinfo.az bildirir ki, bu haqda jurnalist Cavanşir Həsənli özünün Feysbuk hesabında paylaşım edib. Jurnalistin iddiasına görə, həmin şəxs Amerikaya cəbhəçi (güman ki, AXCP üzvü adı ilə-red.) kimi sığınıb. Məlumatda o da deyilir ki, Hicran Hüseynova qohumunu Nazirlər Kabinetinin Aparat rəhbərinin köməkçisi vəzifəsinə işə düzəldibmiş. Sonradan onun Azərbaycanı tərk edərək, xaricə getdiyi iddia edilir. Deputatın qohumunun ad-soyadı açıqlanmayıb.
Hicran Hüseynovanın adı son aylar tez-tez müxtəlif qalmaqallarda hallanır. O, öncə 10 min dollarlıq marka çantası ilə diqqət cəlb etmişdi. Deputat açıqlama verərək bildirmişdi ki, deyilənlər yalandır, çantası orijinal deyil. Çindən alıb, qiyməti də ucuzdur. Mediada bunun əksini isbatlayan xəbərlər dərc edildi.
Sonradan Hicran Hüseynova Fransada dəniz kənarında 6 milyon avroluq villası ilə gündəmi zəbt etdi. Xəbərdə deyilirdi ki, o və bacısı Fransanın kurort şəhərlərindən birində olan villasını sökdürüb, yerində yenisini inşa etdirir.
Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov
İki gün öncə isə Hicran Hüseynova tamam başqa mövzu ilə təkrar xatırlandı. Azərbaycanın İraqdakı səfirliyində baş verən dəhşətli korrupsiya halları ilə bağlı dərc edilən məqalədə Milli Məclisin komitə sədrinin adı keçdi. Sən demə, səfir Nəsir Məmmədov Hicran xamının kürəkənidir…
İndi də onun əmisi nəvəsinin ABŞ-da müxalifətçi kimi sığınacaq alması xəbərləri yayılıb.
1955-ci il avqustun 13-də Bakı şəhərində anadan olmuş Hicran Hüseynova uzun illər yüksək vəzifələrdə çalışıb. O, 2006-2020-ci illərdə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini tutub. VI və VII çağırış Milli Məclisin deputatıdır. Hazırda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədridir.
Yazıda adları keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024