Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (21-08-2024, 20:34)
Sabiq baş bankir haqda şok faktlar

 Dünən yayılan bir məlumat Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmovu yenidən medianın gündəminə gətirdi. Məlumatda deyilirdi ki, avqustun 1-dən etibarən “Səba” Açıq Səhmdar Cəmiyyəti istehsalı və satışı dayandırıb. Sonradan bu xəbər şirkət tərəfindən təkzib edildi.
İlkin xəbərdə deyilirdi ki, “Səba”nın aktivləri Elman Rüstəmovun xalası oğlanları Hidayət Quliyev və Natiq Quliyevin nəzarətinə keçib.
Həmçinin bildirilirdi ki, E.Rüstəmovun “sağ əli” adlandırılan Natiq Quliyev sabiq baş bankirin çoxsaylı biznesinin idarəçisi olmaqla yanaşı, “Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü, “Səba” ASC, “Biləsuvar Aqro”, “Qarabağ Taxıl” və “Bakı Sığorta” şirkətlərinin əsas səhmdarı kimi tanınıb.
Sabiq və hazırkı vəzifə sahiblərinin bu qədər biznesinin olması, qanunla mümkündürmü? Sahibkarların biznes fəaliyyəti ilə bağlı hər hansı limit varmı?
Globalinfo.az-a danışan hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, qanunvericilikdə və konstitusiyada kimlərin sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməyəcəyi açıq-aydın göstərilib:
 


“Bununla belə, bilinən-bilinməyən xeyli sayda vəzifəli şəxsin sahibklarlıq fəaliyyəti ilə məşğul olduğunu görürük. Özlərinin deyil, qohumlarının, eləcə də formal olaraq boşandıqları xanımların adına keçirərək fəaliyyət göstərirlər. Bunun içərisində Milli Məclis deputatları, seçkili orqanlarda olanlar, dövlət qulluqçuları və digər vəzifəli şəxslər də var. Azərbaycanda bu kimi hallar o qədər geniş vüsət alıb ki, artıq təəccüblənmirik. Qanunazidd addımdır. Belə sahibkarlıqla məşğul olan şəxslər uzun müddət tutduqları vəzifədə qala bilməzlər. Müəyyən vəzifə sahibləri fəaliyyəti dövründə sahibkarlıqla məşğul olursa, bununla bağlı aiddiyyatı qurumlar addım atmalıdır”.
Hüquqşünas Əkrəm Həsənov isə məsələyə belə yanaşıb:
“Azərbaycanda çox nadir məmurlar var ki, onların biznesi yoxdur. Qanunla onlar bizneslə məşğul ola bilməzlər. Bu səbəbdən özlərinin deyil, yaxınlarının, hətta aşbazın, bağbanın adına keçirərək bu fəaliyyəti icra edirlər. Bunun qarşısını almaq üçün ölkəmizdə üç məsələ həllini tapmalıdır:
1. Məmurlar gəlir və xərci haqda bəyannamə verilməlidirlər. Hətta özləri ilə yanaşı ailə üzvlərinin də nə qədər pul xərclədiyi aydın qeyd olunmalıdır. Bu barədə 2005-ci ildə qanun qəbul edilsə də icra olunmur. Çünki Nazirlər Kabineti bəyannamənin formasını müəyyən etməyib. Mən ötən ilin aprel ayında həmin formanı hazırlayıb Nazirlər Kabinetinə göndərmişəm. Amma yenə də qəbul olunmayıb. Belə görünür, buna maraq yoxdur. Bu qanun tətbiq edilsə idi korrupsiya azaldılardı.
 

Əkrəm Həsənov
2.Daşınmaz əmlakın dövlət reyestrinin ictimaiyyətə açıq olmasıdır. Hər kəs girib internetdən rahatlıqla hansı torpaq sahəsinin, obyektin, restoranın kimə məxsus olduğuna baxa bilsin. Tam məlumat olmalıdır, şəffaflıq təmin edilməlidir.
3.Kommersiya hüquqi şəxslərin dövlət reyestrinin ictimaiyyətə açıq olmasıdır. Hansı şirkətin kimə məxsus olduğu, mövcud əlaqələr və s. haqqında məlumatın əlçatanlığıdır.
Bununla məlum olacaq ki, hansı məmur özü, yaxınları, tanışları adına sui-istifadə hallarına yol verir. Prosesi kommersiya sirri adı altında gizli saxlayırlar. Digər ölkələrdə belə hallar yoxdur. Sadalanan fikirlər cəmiyyətə açıq olduğu üçün korrupsiya müşahidə edilmir. Qanunların özü korrupsiyanın əsasını qoyub”.
Əkrəm Həsənov deyib ki, deputatlığa namizədlər öz təbliğat-təşviqat kampaniyasında belə qanunsuzluqların qarşının alınması istiqamətində seçicilərə proqramlarının olduğunu açıqlamırlar. Çünki bunda onların da marağı var.шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024