Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (6-08-2024, 11:03)
Fəaliyyəti olmayan şirkət Cəbrayılda otel tikəcək? - BU NƏDİ BELƏ?!

Fəaliyyəti olmayan şirkət Cəbrayılda otel tikəcək?
İşğaldan azad olunan Cəbrayıl rayonu ərazisində yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı İqtisadi Zonaların İnkişafı Agentliyi açıqlayıb.
Məlumatda bildirilir ki, “Xanbulaq” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib. Şirkət tərəfindən Sənaye Parkının 2,5 hektar ərazisində 40 otaqlı otelin və 100 nəfərlik restoranın tikintisi nəzərdə tutulur. İnvestisiya dəyəri 7 milyon manat olan layihə çərçivəsində 60 nəfərin işlə təmin edilməsi planlaşdırılır.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı cəmi 4 manat olan “Xanbulaq” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Lənkəran rayonu, Bürcəli kəndində yerləşən MMC-nin qanuni təmsilçisi Məmmədov Cavid Kazım oğludur. Dövlət Vergi Xidmətinin reyester məlumatlarında “Xanbulaq” MMC-nin qeyri-aktiv vergi ödəyicisi olduğu göstərilir.
Onu da qeyd edək ki, açıq internet resurslarda “Xanbulaq” MMC barəsində heç bir məlumat mövcud deyil.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024