Karusel (4-03-2015, 15:49)
Yuxular gələcəyə açılan pəncərədir?
Yuxu qədim zamanlardan bəri başqa aləmə açılan qapı, gələcəyə açılan pəncərə hesab edilib
Keçmişdə yuxuyozanlar hörmət-izzət sahibi olublar.Yuxu Freyd kimi dahi bir şəxsiyyəti belə narahat edib və o, “Yuxu yozmaları” adlı kitabında bu fenomenə aydınlıq gətirməyə çalışıb.
Elm və texnologiyanın inkişafına baxmayaraq, elm hələ də yuxu prosesinə tam aydınlıq gətirə bilməyib. Buna baxmayaraq, yuxu ilə bağlı bir çox həqiqətlər üzə çıxıb.
Publika.az-ın tabloid bölməsi əsrlərdir insanları maraqda saxlayan yuxularla bağlı 15 həqiqəti təqdim edir:
1.Yuxularımızın 90 fazini unuduruq
Oyandıqdan 5 dəqiqə sonra gecə gördüyümüz yuxuların 50 faizini unuduruq. 10 dəqiqə sonra isə 90 faizi yaddaşımızdan silinir.
2.Yuxumuzda yalnız tanıdığımız simaları görürük
Sizə bəzən elə gəlir ki, yuxuda yabancı, tanımadığınız bir insanı görmüsünüz. Ancaq araşdırmalar sübut edib ki, beyin daha əvvəl görmədiyi bir şeyi yarada bilməz. Gündəlik həyatda, küçədə, evdə, internetdə, televiziyada hər gün onlarla, yüzlərlə insan üzü görürük. Yuxunuzda gördüyünüz yabancı onlardan biri ola bilər.
3. Korlar da yuxu görürlər
Görmə qabilliyyətini sonradan itirənlər yuxu görə bilirlər. Ancaq doğuşdan kor olanların yuxuları səs, qoxu və hiss üzərində qurulur.
4. Yuxu görməyən insan yoxdur
Bəzi insanlar heç yuxu görmədiklərini iddia edirlər. Ancaq elm sübut edib ki, yuxu görməyən insan yoxdur. İnsanların çoxu gördükləri yuxuları oyanar-oyanmaz unudurlar. Buna görə də yuxu görmədiklərini zənn edirlər.
5. Rəngli yuxu görmək hər kəsə nəsib olmur
İnsanların 12 faizi yuxularını ağ-qara görürlər. 1960-cı illərə kimi bu nisbət daha yüksək olub. Ancaq rəngli televiziyanın həyatımıza daxil olmasından sonra rəngli yuxu görənlərin sayı artıb.
6. Yuxular simvolikdir
Yuxular bir növ şüuraltının dilə gəlməsidir. Mütəxəssislərin fikrincə, yuxularda şüuraltından simvollar vasitəsi ilə müəyyən mesajlar ötürülür. Yuxunuzda gördüyünüz bir cisim, əşya və ya insan fərqli mənalar ifadə edə bilər.
7. Duyğular
Gündəlik həyatınızda çox şən, xoşbəxt bir insan ola bilərsiniz, amma bu, yaxşı, pozitiv yuxular görməyinizə dəlalət etmir. Yuxularda mənfi duyğular müsbət duyğulardan daha çox əksini tapır. Gün ərzində içinizə atdığınız stress, qorxu və kədər gecələr yuxuda üzə çıxır.
8. Bir gecədə maksimum 7 yuxu görmək olar
Bir gecədə 7 yuxudan artıq görmək olmaz. Normal insanlar 4-7 yuxu görürlər. Bu yuxular sizə çox uzun müddət kimi görünsə də, cəmi 2 saatı əhatə edir.
9. Heyvanlar da yuxu görürlər
Aparılan araşdırmalar heyvanların da yuxu gördüklərini ortaya çıxarıb. Maraqlısı odur ki, yuxu zamanı heyvanların beyni insan beyni ilə eyni dalğalar yayır.
10. Yuxu iflici
Dərin yuxuya gedəndə beynimizdəki bir sistem hərəkətə keçir və bədənimizin hərəkət etməsinə mane olur.
Başqa cür olsaydı, yuxuda gördüyümüz hərəkətləri gerçək həyatda da etməyə çalışardıq.
Ancaq beyindəki bu sistem bəzən biz oyansaq da, açıq qalır və bu zaman yuxu iflici deyilən hal baş verir. Hərəkət etmək istəsək də, yerimizdən tərpənə bilmirik. Bu vəziyyət maksimum 5 dəqiqə çəkir.
11. Yuxu real həyatla əlaqəlidir
Yuxu gerçək həyatla paralel hərəkət edir. Məsələn, siz yatarkən çöldən skripka səsi gəlsə, yuxunuzda özünüzü klassik musiqi konsertində görməyiniz mümkündür.
12. Qadınlar və kişilərin yuxuları fərqlidir
Kişilər yuxularında daha çox öz həmcinslərini görürlər. Yəni bir kişinin yuxusunda gördüklərinin 70 faizi kişi cinsindən olur. Qadınlarda isə bu nisbət bərabərdir. Kişilər daha aqressiv yuxular gördükləri halda, qadınların yuxuları daha sakitdir.
13. Gələcəkdən xəbər verən yuxular
İnsanların 38 faizi yuxularının ən az bir dəfə çin çıxdığını bildirirlər. Bu mövzuda heç bir elmi məlumat olmasa da, yuxuların gələcəkdən xəbər verdiyinə inananların nisbəti 68 faizdir.
14. Xoruldayırsınızsa, yuxu görə bilməzsiniz
Bu, elmi şəkildə sübut edilməyib. Ancaq internetdə bununla bağlı bir çox məlumat var. İddiaya görə, bir şəxs xoruldayırsa, həmin anda yuxu görmür.
15. Yuxuda orqazm ola bilərsiniz
Elmi araşdırmalar göstərir ki, yuxuda gerçək həyatdakı kimi orqazm ola bilərsiniz. Üstəlik, orqazm olduğunuzu yuxudan oyandıqdan sonra da xatırlayırsınız.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024