Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (10-05-2024, 12:16)
İlham Məmmədov eyni iş üçün sahibkardan iki dəfə pul tələb edir?

 
Bir neçə gün əvvəl Mediatv.az-ın elektron poçtuna Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlham Məmmədov haqqında daxil olmuş müraciəti ictimailəşdirdikdən(yazını burdan oxuya bilərsiniz:https://mediatv.az/karusel/117094-lham-memmedovun-vahid-pencere-sisteminden-kimler-neler-qazanir.html)  və sosial şəbəkəkədə paylaşdıqdan sonra Səbail Rayon İcra Hakimiyyətindən cavab gəldi.İcra hakimiyyəti cavabında bildirir:"Məsələ ilə əlaqədar sözügedən ünvanda araşdırılma aparılmış, park ərazisində hər hansı yaşıllığa ziyan vurma faktı aşkar olunmamışdır".Amma piyada yolunun üstündə qanunsuz inşa edilən dördmərtəbəli binanın tikintisinə kim tərəfindən icazə verildiyini və niyə göz yumulmasına heç bir münasibət bildirilməyib.Elektron poçtumuza yenidən Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlham Məmmədovun qanunazidd əməlləri barədəmüraciət daxil olub.Müraciətdə bildirilir:
 
 Azərbaycan hələ beləsini görməyib!
Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlham Məmmədovun Qafur Məmmədov parkında, eləcə də rayonun digər ərazilərində qanunsuz tikililərə “yaşıl işıq” yandırdığı, bu yolla milyonlarla manat məbləğində sərvətə sahibləndiyindən ölkə mediasında bəhs olunub. Nə qədər inanlmaz səslənsə də, İlham Məmmədov onun barəsində mediada yer alan hər bir tənqidi pula çevirməyin, bu tənqidlərdən qazanclı çıxmağın yolunu tapıb. Belə ki, Qafur Məmmədov parkında törətdiyi “yaşıl soyqırımın”dan, buradakı qanunsuz tikililər üçün şərait yaratmasından sonra media tərəfindən haqlı olaraq tənqid edilən İlham Məmmədov Azərbaycan tarixində misli-bərabəri olmayan üsula əl atıb.
İlham Məmmədov: “Sizə görə adım niyə hallanmalıdır ki?”
Medianın tənqidindən nəticə çıxarmaq, etdiyi qanunsuzluqlara son qoymaq əvəzinə iş adamlarına qarşı hücuma keçən İlham Məmmədov, onlardan külli miqdarda əlavə pul tələb edib. İlham Məmmədov bildirib ki, medianın onu hədəf seçməsinin “günahı” məhz iş adamlarıdır. İlham Məmmədov iddia edib ki, iş adamlarının tikinti prosesini lazımı sürətlə həyata keçirməməsi, “hədisz ləngliyi”, “informasiya məxfiliyinə” gərəyincə əməl etməməsi, tikinti prosesini gecə deyil, gündüz saatlarında – “hamının gözü önündə” həyata keçirməsi onu medianın hədəfinə çevirib. Elə bu səbəbdən də İlham Məmmədov iş adamlarından əlavə vəsait ödəməsini tələb edib. O, bildirib ki, tikinti prosesinin davam etməsi üçün “bəzi yoldaşların” marağı təmin olunmalıdır. İcra yetkilisi bildirib ki, ödəniləcək vəsait yalnız ona deyil, mediada adı hallanan digər yetlkililərə – Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalova,
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Namiq Hümmətova, Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini Rüstəm Şahbazova çatacaq. İlham Məmmədov bildirib ki, bu şəxslərin hər biri razı salınmasa, o zaman qanunsuz tikililərin başa çatdırılması mümkün olmayacaq.
“Yaxşılığımın əvəzini belə çıxırsınız?”
Habelə, İlham Məmmədov qeyd edib ki, əgər iş adamları bundan sonra da onlara “yaxşılıq edən” şəxsi, yəni onu pis vəziyyətdə qoysa, o zaman tikintilərin sökülməsi məsələsini qaldıracaq, “hər şeyə son qoyacaq”.
İlham Məmmədovun eyni iş üçün iki dəfə pul tələb etməsi, iş adamları tərəfindən ciddi narazılıqla qarşılansa da, hələlik Vüqar Zeynalovun sevimli kadrı olan İlham Məmmədova açıq etiraz edən yoxdur. İş adamları hesab edir ki, tikililərin sökülməsi onları maddi baxımdan daha böyük zərər sala bilər. Bu səbəbdən də onların İlham Məmmədovun qanunsuz tələbini gec-tez qəbul edəcəyi ehtimal olunur.
Qarşı tərəfin cavab haqqını tanıyırıq..
Mediatv.azшаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024