Karusel (4-04-2024, 15:48)
ETN-də əyləşənləri bu faktlar maraqlandırmır?
Bir neçə gündür ki, Abşeron-Xızı Regional təhsil İdarəsinə 2022-ci ildən rəhbər təyin olunmuş İlhamə Abdullayeva ilə bağlı bir neçə ittiham dolu iddiaları təqdim etməkdəyik.
Qeyd edək ki, ortadakı ittihamların ciddiliyi gərəkən qurumların dərhal hərəkətə keçməsini zəruri etsə də, hansısa formada cəza tədbiri hələlik müşahidə olunmur.
Əvvəli burada: Abşeron təhsili nədən bərbad gündədir... - İTTİHAM VAR...
Biz isə Yenixeber.org-a istinadla növbəti iddiaları təqdim edirik.. Beləliklə...
***
Araşdırmalarımız zamanı o da məlum olmuşdur ki, 2022- ci ilin noyabr ayında direktor Gülnaz Kərimova, beş iş günü işdə olmadığı halda, bütün ayı özünə əmək haqqı hesablatdırır və belə bir qanunsuzluğu imzası və möhürü ilə təsdiq edir. Əslində onun belə bir hərəkəti CM-nin 308-ci və 309-cu maddələri ilə, yəni “Vəzifə səlahiyyətlərini aşma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə müəyyən olunur. Buna baxmayaraq, İlhamə Abdullayeva tərəfindən məktəb direktoru barəsində heç bir tədbir görülmür. Niyə və nəyə görə?
***
2022-ci ilin dekabr ayında “Ümrə” ziyarətinə gedən Nahidə Abbasovaya məktəb direktoru Gülnaz Kərimova tərəfindən qanunsuz icazə verilir və onun iş günləri də qeyd olunur. Məktəb direktorunun belə bir əməli haqda İlhamə Abdullayeva məlumatlı olsa da, o, direktorla bağlı heç bir tədbirini görmür.
***
Məlum olmuşdur ki, 2022-2023-cü ilin tədris-buraxılış ilində təxminən 47 nəfər şagird qeyri-qanuni yollarla məktəbi başa vuraraq attestat alırlar. Yəqin ki, bütün bunlar heç də “şifahi salam”la ötüşmür. Adının çəkilməsini istəməyən “N” adlı valideyn qeyd edir ki, “Bu hörmətin müqabilində Gülnaz Kərimovaya 1000 manat pul ödəmişəm”. Belə olduğu halda, hər şagird hesabına görə Gülnaz Kərimovanın cibinə daxil olan məbləği hesablamaq, yəqin ki, sadə vətəndaş üçün də çətin olmaz (47 x 1000 = ? ).
***
Niyə məktəbdə şagirdlərin davamiyyətinə direktor özü yox, texniki işçilər nəzarət edirlər?
***
DAVAMI VAR...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024