Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Təhsil (3-04-2024, 10:53)
Abşeron təhsili nədən bərbad gündədir..

 


Bir neçə gündür ki, Abşeron-Xızı Regional təhsil İdarəsinə 2022-ci ildən rəhbər təyin olunmuş İlhamə Abdullayeva ilə bağlı bir neçə ittiham dolu iddiaları təqdim etməkdəyik.

Qeyd edək ki, ortadakı ittihamların ciddiliyi gərəkən qurumların dərhal hərəkətə keçməsini zəruri etsə də, hansısa formada cəza tədbiri hələlik müşahidə olunmur.

Biz isə Yenixeber.org-a istinadla növbəti iddiaları təqdim edirik.. Beləliklə...

***

Apardığımız araşdırmalar zamanı məlum olmuşdur ki, Abşeron-Xızı Regional İdarəsinə rəhbər təyin olunan İlhamə Abdullayeva, əvvəllər Bakı şəhər 116 nömrəli orta məktəbdə direktor vəzifəsində işləmişdir. Qohumu (xala nəvəsi — Ağstafada doğulsa belə) Gülnaz Kərimovanı Xırdalan şəhər 2 nömrəli orta məktəbə, xalası qızı Arifə Balakişiyevanı Bakı şəhəri 44 nömrəli orta məktəbdən Xırdalan şəhər 1 nömrəli orta məktəbə, həmyerlisi və qohumu olan Səkinə Abbasovanı isə, Qobu qəsəbəsindəki orta məktəbdən yüksək səviyyədə tikilmiş və 2022-cü ildə istifadəyə verilmiş Saray qəsəbəsindəki 2 nömrəli orta məktəbə direktor təyin etdirmişdir. (Sonuncular barədə araşdırmalarımız davam edir ). Gülnaz Kərimova əvvəl işlədiyi, hansı ki, şagird kontingenti təxminən 1400 (min dörd yüz ) nəfərə yaxın olan Bakı şəhəri, Xətai rayonu 116 saylı məktəbə direktor təyin olunana qədər, həmin məktəbin Bakı şəhərindəki məktəblər üzrə reytinqi 10-cu yerdə olmuşdur. Gülnaz Kərimova 116 nömrəli məktəbdə direktor vəzifəsində işlədiyi müddət ərzində, məktəbin reytinqi 69-cu yerə düşmüşdür. Belə olan halda sual oluna bilər ki, İlhamə Abdullayeva qohumu olan Gülnaz Kərimovanı hansı xidmətlərinə görə respublikamızda ən çox şagird (6300 şagird və 430 müəllim) və müəllim kontingenti olan Xırdalan şəhər 2 nömrəli orta məktəbə direktor təyin etdirir? Nəzərə alsaq ki, adıçəkilən bu məktəbdə lazımi səviyyədə təşkilatçılıq qabiliyyəti olan, məktəb direktorluğu üzrə keçirilən test imtahanlarından keçən, ali təhsilli və elmi dərəcəsi olan, bacarıqlı və işgüzar kadrlar yetərincədir. Sual oluna bilər ki, İlhamə Abdullayevanın marağı nə olub ki, o, məktəbin TARİFAKASİYASINI işləməyi bacarmayan bir şəxsi, tabeliyində olan təhsil müəssisəsinə direktor təyin etdirir?


***

Gülnaz Kərimova 2 nömrəli tam orta məktəbin təhfil-təslim aktından sonra, əvvəlki direktorun səlahiyyətlərini icra edən Nərgiz İsmayılovanın vaxtında 41 761 (qırx bir min yeddi yüz altmış bir) manat məbləğində olan invertar əşyaların çatışmazlığının üstünü bağlayır. Məktəb kollektivinin etdiyi şikayətlər Elm və Təhsil Nazirliyinin AUDİT və Daxili Nəzarət şöbəsi (DNŞ) tərəfindən yoxlanmalı olduğu halda, İlhamə Abdullayeva yoxlama işlərini regionun əməkdaşları, hansı ki, özünə yaxın olan şəxslər tərəfindən səthi və bayağı yoxlatdırır. Yoxlama zamanı mənimsənilmiş, yaxud da talan edilmiş dövlət əmlakının üstü ört-basdır olunur. Əslində, bunun özü böyük bir cinayət faktorunun olmasını ortaya qoyur. Aparılan yoxlamanın nəticələri məqsədli şəkildə Elm və Təhsil Nazirliyindən, hətta hüquq-mühafizə orqanlarından da gizlədilir. Sual olunur ki, İlhamə Abdullayevanın və Gülnaz Kərimovanın qol qoyulan cinayət əməlinin gizlədilməsində marağı nə olur?Qeyd edək ki, 41 761(qırx bir min yeddi yüz altmış bir) manatı mənimsəmiş Nərgiz İsmayılova, bu gün də öz vəzifəsindədir.

***

DAVAMI VAR...
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024