Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (2-04-2024, 13:59)
Nazir mwavini kredit borcunu ödəmədiyi üçün əmlakı əldən çıxıb

Faiq Tağı-zadə kredit borcunu ödəmədiyi üçün əmlakı əldən çıxıb
Fövqəladə hallar nazirinin müavini Faiq Cavad oğlu Tağı-zadənin həyat yoldaşı Dilarə Tağı-zadə tərəfindən əmlak bölgüsü ilə bağlı məhkəmə prosesi Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilib.

“Unikal”ın əldə etdiyi məlumata görə, keçirilən məhkəmə prosesində iddiaçı və cavabdeh tərəflərin heç bir iştirak etməsə də prosesə 3-cü tərəf kimi cəlb olunan "AFF Bank"ın nümayəndəsi Xəqani İmanov iştirak edib. Hakim tərəflərə rəsmi qayda da dəfələrlə bildiriş göndərildiyini bildirib, ancaq buna baxmayaraq heç bir tərəf məhkəmə də iştirak etməyib.

Proses zamanı məlum olub ki, Faiq Tağı-zadə özünə məxsus bağ evini ipoteka yüklü edərək banka girov qoyub pul götürüb. Ancaq general kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün bank 2020-ci ildə Faiq Tağı-zadə və onun həyat yoldaşı Dilarə Tağı-zadə barədə Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Hakim Emin Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində iddiaçı bankın xeyrinə qərar çıxarılıb və iş icraya yönəlib.

Hazırkı məhkəmədə çıxış edən "AFF Bank"ın nümayəndəsi Xəqani İmanovun bildirdiyinə görə, Dilarə Tağı-zadə icra işini uzatmaq üçün öz həyat yoldaşını məhkəməyə verib. Guya Faiq Tağı-zadə bağ evini girov qoyub kredit götürən zaman onun xəbəri olmayib.

Halbuki AFF bank həmin vaxt Dilarə Tağı-zadə tərəfindən notarial qaydada verilən razılıq ərizəsini də məhkəməyə təqdim edb. Həmçinin bankın nümayəndəsi işdə kommersiya sirri olduğu üçün məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı hakimə şifahi vəsatət verib.

Qeyd edək ki, Dilarə Tağı-zadə ilə əlaqə saxlayıb onun iddiası ilə bağlı mövqeyini öyrənmək istəsək də, o, bu barədə danışmaq istəmədi.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024