Karusel (3-10-2023, 08:46)
İSBAM sədrindən QHT Agentliyinə daha bir irad… - QALMAQAL
Hörmətli həmkarlar,
Bu gün QHT Agentliyi “inqilabi dəyişiklik”lərlə bağlı müsahibə yayıb.
Bir QHT sədri kimi məsələyə münasibət göstərməyə bilmərəm. Çünki illər keçəcək, öz özümə sual verəcəm ki niyə vaxtında bu məsələlərə reaksiya verməmişəm.
Kimsə yəqin ki, mövqeyimi qərəzli sayacaq, kimisi haqqımda yazı yazdıracaq, kimlərsə də düz dediyimlə razılaşıb, sadəcə açıq dəstək verə bilməyəcək.
İlk növbədə ondan başlamaq istəyirəm ki, müsahibədə QHT Agentliyinin bağlı qapılarının fotosunu paylaşmaqla o mesaj verilir ki, apardığımız islahatla qapıları QHT-lərin üzünə bağlayırıq.
Açığı islahatların QHT-lərə çatmağı anlayışını kökündən yanlış sayıram. Dünya təcrübəsində QHT-də islahat aparılması ilk dəfədir ki Azərbaycanda baş verir.
QHT artıq yaranmış, Ədliyyə Nazirliyi tərəfindən müvafiq qaydalara uyğun hüquqi şəxs statusu almış qurumlardır.
QHT-nin maliyyələşmə mənbələrindən biri qrantdır və bu qrantı təkcə QHT Agentliyi vermir.
Ona görə də QHT Agentliyinin qrantvermə siyasətində hər hansı dəyişiklik aparılması QHT-lərdə islahat aparmaq anlamına gəlmir.
Görünür, QHT Agentliyində yeni əməkdaşlara belə izah olunur.
Neçə aydır QHT-lərin təklifi ondan ibarət idi ki, QHT Agentliyinin özündə islahat aparılsın.
Rəhbərliyin səhvlərini ört-bastır etməklə hansı islahatdan söhbət gedə bilər?
Ölkədə QHT-lər üçün əlverişli hüquqi mühit olmadığı halda hansı rəqabətdən, hansı layihə davamlılığından söhbət gedə bilər.
Sadəcə QHT-ləri sakitləşdirmək, bir az da vaxt udmaq üçün belə anonslara qarnımız toxdur. Ataların bir misalı var, cücəni payızda sayarlar. Görək o dediyiniz böyük və orta qrantı kimə verəcəksiniz.
Yəqin ki, Qərbi Azərbaycanla bağlı verdiyiniz layihələrin bəzilərindən fərqlənməz.
Məni qərəzli adam kimi qələmə versələr də, kor-kor, gör-gör. Burada yeni nə var ki?
Ölkə Prezidentinin 2021-ci il aprel ayında imzaladığı fərmanda QHT Agentliyinin yaradılması ilə bağlı bərabər, Nazirlər Kabinetinə bir neçə məsələlər tapşırılıb.
İlk növbədə Agentliyin qərargahla təmin olunması (heç bunu tələb edən yoxdur), qrant qaydalarının təsdiq olunması.
Nazirlər Kabineti də işləri indi yekunlaşdırıb və hazır təqdim olunmuş qaydaları təsdiq edib.
Onsuz da əvvəllərdə kimə istəyirdilərsə, müsabiqədənkənar 50-60 minlik qrant da verirdilər. Baxmayaraq ki, Qrant haqqında Qanuna zidd olsa da, QHT Agentliyi məhz qanunu pozaraq müsabiqədənkənar layihələr də verib.
Qaldı ki, müsabiqə mövzularındakı yeniliklərə. Mövzuların istiqamətlərinin 7-dən 5-ə salınması, mövzuların həmin istiqamətlərin altında qruplaşdırılması da islahatdırsa, biz sadəcə bunu alqışlaya bilərik. Həqiqətən bu QHT-ləri həm ələ salmaq, həm də süni çərçivələr yaratmaqla kimə istəsək qrant verək, kimə istəməsək verməyək prinsipidir.
Bayaqdan müsahibədəki bu məqam məni çox düşündürür.
Qeyd olunur: “Əvvəlki dövrdə növbəti müsabiqənin hansı mövzuda olacağı qaranlıq qalırdı, beləliklə, QHT işlərini optimal planlaşdırmaqda, mövzuları seçməkdə çətinlik çəkirdi. Artıq bu problem geridə qalır”. QHT-lər görəsən mövzu olmadan layihə yazırdılar? Qaranlıq qalan nə idi ki? Yəqin ki, QHT-lər mənim bu sualımı başa düşəcək.
Müsahibədə ən çox diqqətimi çəkən bir məqam oldu. QHT Agentliyinin sözçüsünün ötən müsabihəsi ilə indikinin arasında uyğun gəlməyən bəzi məqamlar var.
Mən birini qeyd edim, bəlkə də yanılıram. Xanım qeyd edir ki, QHT-lərin 2 ay vaxtı olacaq ki, “QHT-lər müsabiqələrlə bağlı mövzuları aydın şəkildə görmək imkanı qazansın, seçim imkanları artsın”. Ötən müsahibədə isə qeyd edir ki, “layihənin QHT-nin nizamnaməsində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olması əsas şərtlərdən biri olacaq. Bəzi hallarda QHT-lər elə layihələr təqdim edir ki, QHT-nin öz Nizamnaməsində həmin fəaliyyət istiqaməti yoxdur”.
Bir təşkilat öz fəaliyyət istiqamətini bildiyi halda ona 2 ay nə üçün lazımdır ki, mövzularda seçim imkanı əldə etsin.
5 istiqamətdən birini seçmək bu qədərmi çətindir?
Digər vacib məqam isə qoyulmuş meyarla bağlıdır. QHT Agentliyinin qrant elanında göstərilmiş mövzuya layihə təqdim edən QHT-nin fəaliyyət istiqaməti uyğun gəlməzsə ona layihə verilməyəcək. Biz bunun monitorinqini aparacayıq.
Çünki ölkədə sayılıb seçilən çox sayda QHT var ki, onların fəaliyyət istiqaməti bu gün təqdim olunan mövzulara uyğun gəlmir. Belə çıxır ki, o təşkilatlar illərlə gözləməli olacaq ki, həmin mövzular Agentliyin qrant elanında göstərilsin.
Bu mövzuda kifayət qədər danışmaq mümkündür. Səhvlər çoxdur, amma qulaq asıb düzəltmək istəyən yoxdur.
Bu məsələlərlə istənilən adamla debata da çıxaram və əsaslandıraram ki, bu fəaliyyətlərə islahat adı qoyub gözə kül üfürmək QHT sektorunun belini qırmaqdır.
Onsuz da nəticədə bu il ifşa etdiyim ölü QHT-lər və təkrar layihələr qrant alacaq.
Son olaraq bir təklif etmək istəyirəm.
Real və qisas məqsədi olmayan islahat aparmaq istəyirsinizsə, ilk növbədə QHT qanunvericiliyini təkmilləşdirin,
QHT-lər üçün alternativ maliyyə mənbələrinə çıxış imkanı yaradın,
nazirliklərin Qrant siyasətində şəffaflığı təmin edin,
QHT-lərin qeydiyyat məsələsini sadələşdirin, QHT-lərin dövlət proqramlarına cəlb olunmasına, sosial sifarişlər almasına kömək edin,
ictimai iştirakçılıq imkanlarına şərait yaradın. Saymaqla qurtarmaq olmaz.
Samir Adıgözəlli,
İSBAM sədri - Azinforum.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024