Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (17-08-2023, 14:45)
Bakının təhsil şefi haqqında İLGİNC İDDİALAR...

 Mehriban Vəliyevanın bacısının əri kimdir, nəçidir..? Bu yazı əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın fəaliyyəti ilə bağlı olduğu üçün onun tərcümeyi-halına qısaca nəzər salaq: Vəliyeva Mehriban Hidayət qızı 1964-cü ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Ortaya sual çıxır: Bu adam nə vaxt BDU-ya daxil olub, nə vaxt bitirib..? Bunu niyə yazmaq istəmirsiniz..? 
Mehriban Vəliyeva 1989-cu ildən pedaqoji fəaliyyətə başlayıb, Bakı şəhəri 278 nömrəli tam orta məktəbdə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində və Akademik Zərifə Əliyeva adına liseydə işləyib. 2014-2020-ci illərdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb. Təhsil nazirinin əmri ilə 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. 
Fikir verdinizmi, biz əbəs yerə yazmadıq ki, Mehriban Vəliyeva neçənci ildə BDU-ya daxil olub, neçənci ildə bitirib..? 1964-cü ildə anadan olan Mehriban Vəliyeva 25 yaşında əmək fəaliyyətinə başlayıb. Niyə..? Onun tay-tuşları 22 yaşında BDU-nu bitirib 3 ildir çalışırdılar, amma Mehriban Vəliyeva bu 3 ildə harada olub..? Yəni bunların adi tərcümeyi-halları xırda tənqidə davam gətirmir. Bütün bunları qoyaq bir kənara, keçək Mehriban Vəliyevanın əsas fəaliyyətinə. Artıq bir neçə ildir ki, Mehriban Vəliyeva Bakı boyda şəhərin təhsilinə, məktəblərinə, uşaq bağçalarına, körpələr evinə nəzarət, daha doğrusu, SAHİBLİK edib.
Bəli, nəzarət və SAHİBLİK fərqli məsələdir. Belə ki, Mehriban Vəliyevanın  dövründə nəinki yerdəyişmələr, hətta orta məktəblərin 1-ci siniflərinə  qəbul rüşvət  obyektinə  çevrilib. Rus bölmələrinə qəbulun qiyməti isə 3-4 dəfə bahalaşıb. Təsəvvür edirsiniz, 1-ci sinifə, yaxud uşaq bağçasına qəbul ancaq pulla, rüşvətlə mümkündür. Baxın, bu gün Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrində çalışan minlərlə tərbiyəçinin nəinki ali təhsili, heç orta ixtisas təhsili yoxdur. Bunlar hansı yolla işə düzəliblər..? Bunu Mehriban Vəliyeva gözəl bilir, pulunu ver, işə düzəl. 
Bu hələ harasıdır...? Bakıdakı məktəblərin, uşaq bağçalarının çoxunda nəinki ağac, heç kol da yoxdur, amma yüzlərlə bağban dövlətdən hər ay maaş alır. Əslində bağbanlar almır ee, Mehriban Vəliyeva alır...
Biz hələ uşaqlara ayrılan qida və ərzaq məhsullarının satılmasından danışmırıq... Biz məktəblərdəki “ölü canlardan, 3 nəfərin yerinə işləyən mühafizəçilərdən danışmırıq... Bəli, Mehriban Vəliyeva paytaxt təhsilinə rəhbərlik etdiyi az müddətdə milyonçu-oliqarxa çevrildi. Şübhəniz varsa, buyurun, tanış olun: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Fatmayı bağları adlanan ərazidə, daha dəqiq desək, “Araz” marketin arxasında dəyəri 500 min manata olan villa alıb. 
İndi isə keçək Mehriban Vəliyeva ilə bağlı ən son məlumatlara. Deməli, Mehriban Vəliyevanın bacısının əri Müdafiə Nazirliyinin Təchizat İdarəsinin rəisi olub. Təsəvvür edirsiniz, bu idarənin rəislərinin adı həmişə böyük korrupsiyada hallanıb. Mehriban Vəliyevanın bacısının oğlu, yəni həmin Təchizat İdarəsi rəisinin oğlu isə Azərbaycanda bərk gedən generallardan birinin balaca qızına 900 min manat pul atıb və bu günədək qaytarmır.
Məlumat üçün qeyd edək ki, generalın qızı ilə Mehriban Vəliyevanın bacısı oğlu Zərifə Əliyeva adına liseydə sinif yoldaşı olublar və o vaxtdan dostluq ediblər. Yeri gəlmişkən, Mehriban Vəliyeva həmin illərdə liseyin direktoru olub. 
Sözün qısası, generalın evində yəqin ki, 9 milyarda yaxın pul olub ki, balaca qızın 900 min dostuna verməsindən gec xəbər tutublar... Sözün qısası, Mehriban Vəliyevanın ətrafında proseslər dərinləşməkdə davam edir və hər gün ortaya yeni faktlar çıxır, yəni çəmbər daralır... //gundelik-baku.com//шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024