Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (15-08-2023, 09:59)
Sabiq nazir oğlu şirkətini satdı - Məhkəmə qarşısına ÇIXARILIR

Sabiq nazir oğlu şirkətini satdı
Ötən ay sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğlu Turqay Müslümlünün biznesinin çökməsi barədə məlumat yaymışdıq.

Mediatv.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Turqay Müslümlü "Orion Global" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adından "Paşa Bank”dan külli miqdarda kredit götürüb. Kredit borcunu qaytarmayan Turqay Müslümlü 08.09.2023-cü ildə məhkəmə qarşısına çıxarılacaq. İşə Bakı Kommersiya Məhkəməsində Ülkər Həsənovannı sədrliyi ilə baxılacaq.

Sabiq nazir oğlu şirkətini satdı

Qeyd edək ki, artıq Turqay Müslümlü tərəfindən şirkət və tabeçiliyində fəaliyyət göstərən məşhur "Orion Palace” borclara görə Mirsadiq Sadıqov ad-soyadlı şəxsə satılıb. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində də "Orion Global" MMC-nin qanuni təmsilçisi Sadıqov Mirsadiq Sadıq oğludur.

Buna baxmayaraq, hələ də şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 102 min 389 manat 80 qəpik vergi borcu qalır.

Sabiq nazir oğlu şirkətini satdı

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Dövlət Sosial Müdafiə Fondunun sədri (2002-2013) və əmək və əhalinin sosial müdafiəsi naziri (2013-2018) işlədiyi dövrlərdə 27 milyon manatlıq rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunur. Sabiq nazir həmin puldan 20 milyon manatını istintaq dövründə ödəyib. 8 milyon manatlıq əmlakı üzərinə isə həbs qoyulub. Hazırda azadlıqda olan Səlim Müslümovun məhkəmə prossesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə davam etdirilir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024