İqtisadiyyat / Slayd (3-11-2021, 18:13)
40 min vergi borcu olan şirkətlə 300 minlik müqavilə
İmişli Rayon İcra Hakimiyyəti İmişli şəhəri Heydər Əliyev prospekti, Abbasqulubəy Şadlinski və Sabir Fətəliyev küçələrində abadlıq işlərinin aparılması ilə bağlı satınalma müsabiqəsinə yekun vurub.
Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi "Orion-E” MMC olub. Qurumla şirkət arasında bağlanan müqavilənin maliyyə dəyəri isə 284 957.02 AZN təşkil edir. Abadlıq işləri xüsusi vəsait hesabına aparılacaq.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Orion-E” MMC 10 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 130 030 AZN olan şirkətin hüquqi ünvanı İmişli rayonu İmişli şəhəri, Ziya Bünyadov küçəsi, ev 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Qasımov Mürsəl İsa oğludur.
Açıq mənbələrdə Mürsəl Qasımov və "Orion-E” MMC barədə hər hansı məlumat yoxdur.
Araşdırmalarımız zamanı isə məlum olub ki, şirkət əsasən İmişli Rayon İcra Hakimiyyəti ilə işləyir. İcra hakimiyyəti 2020-ci ildə "Orion-E” MMC ilə maliyyə dəyəri 894 305.92 AZN təşkil edən iki satınalma müqaviləsi bağlayıb. Müqavilələrdə İmişlidə avtomobil yollarının təmiri və şəhərdə abadlıq işlərinin aparılması nəzərdə tutulur.
2021-ci ilin avqustunda isə İmişli Rayon İcra Hakimiyyəti ilə "Orion-E” MMC arasında 574 196.02 AZN-lik satınalma müqaviləsi imzalayıb. Müqavilədə İmişlidə avtomobil yollarının təmiri nəzərdə tutulur. Beləliklə, bir il əvvəl təmirinə yarım milyon sərf olunan yollar 2021-ci ildə bir o qədər məbləğ "udub”.
Bundan başqa, İmişli Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən İmişli Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi də 2021-ci ilin avqustunda "Orion-E” MMC ilə İmişli şəhərində yerləşən bir sıra yaşayış binalarının dam örtüyünün dəyişdirilməsi üçün maliyyə dəyəri 62 557.81 AZN təşkil edən satınalma müqaviləsi bağlayıb.
Mediada gedən məlumatlara görə, əslində "Orion-E” MMC-nin sahibi Şükür Astanovdur. O "Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin rəisi olub, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 6 saylı regional yol istismar idarəsinin müdiridir. Şükür Astanovun adı həm də İmişli Asfalt Zavodunun direktoru kimi çəkilir.
2020-ci ildə mediada gedən məlumatlarda Şükür Astanov 6 saylı regional yol istismar idarəsinin müdiri ilə yanaşı, "Orion-E” MMC-nin sahibi kimi təqdim edilir. Onun özünün MMC-nin rəhbəri kimi açıqlamaları var.
Dövlət Vergi Xidmətinin məlumatlarından görünür ki, 14 avqust 2020-ci ildə şirkətdə dəyişiklik edilib. Güman ki, bu tarixdən Mürsəl Qasımov şirkətin qanuni təmsilçisinə çevrilib. Bununla belə, MMC-nin Şükür Astanovun nəzarətində olduğu deylir.
Mediada Şükür Astanovun İmişlinin keçmiş icra başçısı hazırda həbsdə olan Vilyam Hacıyevlə də yaxınlığının olması barədə də iddialar yer alıb. Bildirilir ki, İmişlidə həyata keçirilən tiktinti, yol çəkilişləri, abadlıq işləri, çoxsaylı dövlət layihələri Vilyam Hacıyev tərəfindən onun şirkətinə tapşırılıb. İddialara görə, o, keçmiş icra başçısının oğlu Məhəmməd Hacıyevin toyuna 5000 manat nəmər salıb.
Şükür Astanovun Bəhrəmtəpə yolunda dəyəri 500 000 AZN olan iki mərtəbəli "Qonaq Evi” tikdirdiyi də yayılan məlumatlar sırasındadır.
"Orion-E” MMC-nin hazırda 40 904.44 AZN vergi borcu var. "Dövlət satınalmaları haqqında” qanuna görə vergi borcu olan şirkətilərin satınalma müsabiqələrində iştirakı qadağandır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024