Karusel / Slayd / Redaktor seçimi (26-07-2023, 10:15)
Masallı məktəbində qanunsuzluqlar davam etməkdədir...
Sadiq oxucularımız xatırlayarlar, “Mediatv.az” xəbər portalı bu ilin fevral və aprel aylarında Masallı rayonunun Şıxlar kənd 2 saylı ümumi orta məktəbində adları ştat cədvəlində getdiyi halda işə çıxmayan işçilərdən söz açmışdıq.(https://mediatv.az/tehsil/107924-masallida-manyak-kimi-taninan-muellimin-adi-hele-de-isde-gedir-diger-olu-canlarin-adli-siyahisi.html) .
(Əvvəli burada:Masallı məktəbində “ölü canlar”- FOTOFAKT)
Yaşına və müəllim adına yaraşmayan uyğunsuz hərəkətləri ilə gündəm olan, fevralın 8-dən işə çıxmağa üzü olmayan, bununla belə adı işdə gedən biologiya-coğrafiya müəllimi Əzizov Əjdər Əlibala oğlu ilə açılan həmin siyahıya məktəbdə işə çıxmayan başqa “ölü canlar” da əlavə olunmuşdu. Etibarlı mənbə həmçinin məktəbin işə davamiyyət tabelindən bəzi səhifələrin fotosurətlərini redaksiyamıza yollamışdı. Həmin səhifələrdən görünürdü ki, bəzi işçilərin adlarının qarşısında ayrı-ayrı iş günlərində və hətta iş həftəsi boyunca işə-gəlib getdiklərini təsdiqləyən imzaları yoxdur.
Bu mövzuda qələmə aldığımız əvvəlki məqalələrdən ayrı-ayrı sitatların altını cızırıq: “Bu naqislik onun göstəricisidir ki, yaxşı halda səhlənkarlıq ucbatından tabel intizamına riayət edilmir, pis halda isə işə çıxmayan işçilərin haqq etmədikləri maaşlar yazılır. Əgər tabel intizamına riayət edilmirsə, bəs direktor hara baxır? Yox, işə çıxmayan işçilərin haqq etmədikləri maaşlar yazılırsa, deməli məktəb direktoru "ölü canlar" saxlayır...”
Əlbəttə ki, Təhsil Nazirliyinin və Lənkəran–Astara Regional Təhsil İdarəsinin bu məsələyə münasibətini rəsmi sorgular vasitəsi ilə öyrənməyə çalışmışdıq. Saytdan məqalənin və təqdim olunan fotofaktın (işə davamiyyət cədvəlinin) çıxarışlarını 28.04.2023-cü il tarixli 10/245 saylı müşayiətedici məktubumuzla Lənkəran – Astara Regional Təhsil İdarəsinin rəisi cənab Elxan Nəcəfova göndərmiş, məlumatın araşdırılmasını və nəticə barədə redaksiyanın məlumatlandırılmasını xahiş etmişdik. İdarədən Mediatv.az-ın redaksiyasına göndərilən 08.05.2023-cü il tarixli, 3-29-35/2-492/2023 saylı cavab məktubunda Əjdər Əzizovun öz ərizəsinə əsasən işdən çıxdığı, işə çıxmadığı aşkarlanan xadimə Rəvanə Əkbərovanın isə 21 noyabr 2022-ci il tarixdən nəvəsinin müalicəsi ilə əlaqədar məktəb rəhbərliyindən icazə aldığı bildirilmişdir. Üstəgəl, R.Əkbərovanın həm də Vətən müharibəsi iştirakçısının anası olduğu xatırladılmışdır.
Məsələ burasıdır ki, R.Əkbərova ötən ilin noyabr ayının 21-dən etibarən üç gün deyil, ayın sonuna kimi işə çıxmamışdır. Noyabr ayında Həmidə Səfərovanın tabelə imza atmadığı 2,Fəranə Rzayevanın 3 və digərlərinin kəsirdə qalan iş günlərinə aydınlıq gətirilməmişdir. Bəyəm adlarını çəkdiyimiz digər şəxslər də Vətən müharibəsi iştirakçılarının qohumlarıdır? Vətən müharibəsinin on minlərlə iştirakçısı vardır. Onların hamısının özlərinə və qohumlarına şamil olunan rəsmi imtiyazlardan hamımızın xəbərimiz var. Elələri hər ay 3-5 gün, bir həftə işə çıxmasalar, ölkənin sosial-iqtisadi vəziyyəti necə olar? Araşdırılmalıdır, bəlkə məktəb rəhbərliyi maaş vaxtı çatanda cədvəlin boş yerlərini doldurub, kəsirdə olan günlərin pulunu işçilərlə bölüşüb?
Bu günlərdə “Mediatv.az” xəbər portalı redaksiyasına sözügedən məktəb üzrə bu ilin fevral-mart aylarına aid işə davamiyyət tabelinin fotoşəkli
təqdim olunmuşdur. Görək, Regional Təhsil İdarəsi bu tabeldəki-2023-ci ilin fevral ayı üçün olan kəm-kəsirə hansı “donu geyindirəcək”!Bu onu sübüt edir ki məktəbdə işlər tam qaydasında deyil.
Araşdırmamız davam edir..
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024