Karusel / Slayd (26-07-2023, 09:25)
Külli miqdarda vergi borcu olan şirkət tenderin qalibi seçildi
Laçın Rayon İcra Hakimiyyəti Başçısının Qayğı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin "QAYĞI QƏSƏBƏSİNDƏ İŞIQLANDIRMA İŞLƏRİ"nin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.
Mediatv.az-ın 32gun.az-a istinadən məlumatına görə, tenderin qalibi "UĞURLU İNŞAAT" MMC olub. Tərəflər arasında 94.136,86 AZN-lik müqavilə imzalanıb.
Əldə etdiyimiz məlumata görə, qalib seçilən şirkətin hazırda dövlətə külli miqdarda vergi borcu mövcuddur. Belə ki, "UĞURLU İNŞAAT" MMC-nin hazırki vergi borcu 521 min 800 manat 41 qəpikdir.
Bildirək ki, nizamnamə kapitalı 15010 AZN olan şirkətin qanuni təmsilçisi XOŞBƏXT NİFTALIYEV SƏFƏRALI OĞLUdur.
Qeyd edək ki, Laçın Rayon İcra Hakimiyyəti Başçısı Aqil Nəzərlinin Qayğı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əsədullayev Mehti Məjnun oğludur.
Mətbuatda gedən məlumatlara əsaslansaq, bu hal ilk dəfə baş verməyib. "Uğurlu İnşaat" MMC vergi borcu olduğu halda dəfələrlə tenderlərdə qalib seçilib.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024