Karusel (11-02-2015, 17:14)
Frensis Bekonun avtoportreti 20 milyona satılıb
Məşhur ingilis rəssam Frensis Bekonun avtoportreti, təxminən, 20 milyon avroya satılıb
Avtoportret ötən gün “Sotbis” hərrac evinin Londondakı ofisində baş tutan hərracda 14.7 milyon funt sterlinqə (19.8 milyon avro) yeni sahibini tapıb.
Əsər ilkin qiyməti 10.5 milyon funt sterlinq olmaqla satışa çıxarılıb və hərraca start verildikdən cəmi iki dəqiqə sonra 14.7 milyon funt sterlinqə satılıb. “Two Studies for Self-Portrait” adlı əsərin yeni sahibinin kimliyi isə açıqlanmayıb.
İrland əsilli ingilis rəssamın 1977-ci ildə 68 yaşında ikən çəkdiyi rəsm həmin dövrdə yaşadığı psixoloji sarsıntıları əks etdirir. 1957-ci ildə dostu Con Mintonun intiharı, on il bərabər olduğu sevgilisi Peter Lacinin 1962-ci ildə ölümü, daha sonra anasının ölümü və sevgilisi Corc Dayerin 1971-ci ildə vəfat etməsi onu bərk sarsıtmışdı. Rəssamın həyatının ən faciəvi hadisələri bu avtoportretdə öz əksini tapıb.
Xatırladaq ki, Bekonun “Three Studies of Lucian Freud” əsəri 2013-cü ilin noyabrında “Kristis” hərrac evinin Nyu Yorkda keçirdiyi hərracda 142 milyon 400 min dollara satılaraq rekorda imza atmışdı. Yəhudi əsilli amerikalı biznes maqnatı Stiv Vinnin keçmiş arvadı Eleyn Vinn tərəfindən alınan əsər indiyədək açıq hərracda satılan ən bahalı rəsm əsəri ünvanını daşıyır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024