Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (17-05-2023, 11:34)
Bələdiyyə sədri haqda yalan məlumat yayan şəxs cəzalandırıldı

belediyye-sedri-haqda-yalan-melumat-yayan-sexs-cezalandirildi


Mediatv.az xəbər verir ki, bələdiyyənin açıqlamasında qeyd edilib ki, T.Qasımov ictimai nəzarət adı altında mərkəzi və yerli icra hakimiyyəti orqanlarına yalan, böhtan və şər xarakterli müraciətlər ünvanlayır:“Taleh Qasımov “DOST İŞ Mərkəzi” MMC-də işləməsinə baxmayaraq, müxtəlif vaxtlarda şəxsi maraqları üçün araşdırmalar aparmağa çalışıb və həmin vaxtlar işdə olmayıb. Maraqlıdır ki, həmin dövrdə Taleh Qasımov işdə olmasa da, ona “DOST İŞ Mərkəzi” MMC tərəfindən əmək haqqı verilib. Belə görünür ki, T.Qasımov MMC-ni yalan və böhtan xarakterli müraciətlərlə hədələyir.
Əlavə olaraq, T.Qasımov 25.10.1996-cı il tarixdə Nərimanov Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 178.2 (dələduzluq), 179 (mənimsəmə və ya israf etmə), 38 (son zərurət) və 46-cı (müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə) maddələri ilə bilə-bilə yalan xəbərçilik etdiyinə və ifadə verdiyinə görə məhkum olunub.
Bu cür hərəkətlərin davamı olaraq, 03.05.2023-cü il tarixdə Füzuli Rayon Məhkəməsi tərəfindən Əhmədbəyli bələdiyyəsinin sədri barəsində yaydığı məlumatlar, o cümlədən “bələdiyyə sədri Fərhad Səfərov özünü şəhid ailəsi kimi təqdim edərək vəzifə səlahiyyətlərindən sui-istifadə edir və bələdiyyə sədri F.Səfərov Füzuli rayon Vergilər şöbəsinə saxta arayış təqdim etmişdir” ifadələri həqiqətə uyğun olmayan məlumatlar hesab edilib və həmin məlumatların yazılı şəkildə təkzib edilməsi vəzifəsi Taleh Qasımovun üzərinə qoyulub. Bundan başqa məhkəmə Taleh Qasımovdan mənəvi zərərin əvəzi olaraq 500 manat tutularaq iddiaçı Fərhad Səfərova ödənilməsi barədə qərar qəbul edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024