Karusel / Slayd (2-05-2023, 14:44)
Generalın bacısı oğlu azadlığa buraxıldı - FOTO
Rüşvət ittihamı ilə həbs edilmiş FHN Modul Hospitalının baş həkimi İmran Ağayev azadlığa buraxılıb.
Mediatv.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, o, cəza müddətinin üçdə ikisini çəkdiyi üçün həbsdən azad edilib. Məhkəmə onun müraciətini təmin edib və İmran Ağayev bu gün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Xatırladaq ki, İmran Ağayev 2021-ci ilin aprelində koronavirus xəstələrinin FHN hospitalının "VİP korpus”larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə, Ali Məhkəmə isə 3 ilə endirib. Beləliklə bu il aprelin 22-də onun cəza müddətinin üçdə iki hissəsi tamam olub.
Qeyd edək ki, İmran Ağayev fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadənin bacısı oğludur.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024