Karusel / Slayd / Redaktor seçimi (6-03-2023, 12:04)
Azəriqaz bir damın altında fərli ünvanlı iki sayğac quraşdırıb-FOTO
b
Mediatv.az saytı olaraq bir neçə gün öncə redaksiyaya daxil olmuş müraciət əsasında Səbail rayonu Arif İsmayılov küçəsi 39 D ünvanda Dövlət Neft Şirkətinin mühəndisi Vüqar adlı şəxsin böyük bir ərazini zəbt edərək həmin torpaq sahəsi üzərində tikdirdiyi çoxsaylı fərdi həyət evlərində kirayənişin saxlamağı biznesə çevirməsindən yazmışdıq. Müraciət müəllifi olan Bakı şəhər sakininin həmin məqalədə getmiş bəzi sitatlarının altını cızırıq: “7 ildir ki, burada ustalar Vüqar üçün evlər tikirlər. Günü bu gün də tikinti gedir. Gecə saat 12-də evin üstünə panel qaldırır, səhər saat 8-də dam örtüyü vurdurur. Ustaların işlətdikləri perfirator, laqonda cihazlarının səsi qulaq batırır. Əsasən də şənbə-bazar günləri səhərdən axşama kimi iş gedir, istirahət eləmək olmur. Tikdirdiyi inşaat standartlarına uyğun olmayan evlərdə 25 nəfərə yaxın kirayənişin saxlayır. Götürdüyü kirayənişinlərin kimliyi, xasiyyətləri, qonşulara törətdiyi narahatlıq onu maraqlandırmır, təki pul qazansın. Kirayənişin qadınları axtaran xarici vətəndaşlar azıb bizim qapımızı döyürlər. Bu səs-küyə, biabırçılığa etirazımı bildirmişəm, Vüqar məni hədələyib: “Gir evinə, səsini çıxarsan, evini sökdürəcəm. Mənə ayda 10 min manat pul gəlir. Nə istəyirəm, etdirirəm”. Vüqarın kirayənişinlərini təchiz edən qaz, su xətlərinə sayğac qoşulmayıb, mənim evimə isə su və qaz gəlmir. Qonşularla ara məsafəsi gözləmədən artırdığı tikililərdən görünür ki, tezliklə mənim pəncərəmin önünü də kəsərək inşa etdirdiyi növbəti evdə kirayənişin saxlayacaq”.
Məqalədə qeyd etmişdik ki, sözügedən əraziyə xidmət edən Bakı şəhəri MKTB-nin 149 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Tural Məmmədovla anlaşmadan o ətrafda bircə daşı belə daş üstünə qoymaq olmaz, Səbail Rayon İcra Hakimiyyətinin və rayon polisinin də gözündən heç nə yayına bilməz. Təxmin etmişdik ki, yəqin ayda 10 min manat haram gəlir əldə edən SOCAR işçisi o pulla hamının dil-ağzını bağlayıb, gözlərini yumub. Həmçinin, Tikinti Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan halların kobud şəkildə pozulmasına maddi maraq və sair üzündən göz yumaraq tikintiyə razılıq verildiyinə görə Tural Məmmədovun və digər vəzifəli şəxslərdən hesab sorulmalı olduğunu vurğulamışdıq.
Digər vəzifəli şəxslər sırasına isə əraziyə xidmət edən Qaz İstismar Sahəsinin rəhbər və funksionerləri də aiddir. Məsələ ilə əlaqədar araşdırmalarımızı davam etdirərək, Səbail Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Hafiz Kazımovla əlaqə saxladıq. O, yaxasını kənara çəkərək əraziyə xidmət edən polis sahə müvəkkilinə müraciət etməklə vəzifəsini bitmiş saydı. İcra Hakimiyyətinin başqa məsul şəxsləri ilə telefon bağlantısı qurmaq cəhdlərimiz alınmadı. RİH aparatında zəng etdiyimiz bütün stasionar telefon nömrələrində dəstəyi qaldıran olmadı. Yalnız başçının müavinlərindən Kəmalə Həşimova cavab verdi ki, bu məsələ onun səlahiyyətlərinə aid deyil. Belə çıxır ki, dövlətin təsis edib maliyyələşdirdiyi həmin telefonlar yalnız formal olaraq mövcuddur. Nömrələrin qarşısına adları yazılan vəzifəli şəxslər sanki özləri üçün çoxdan müəyyənləşdiriblər ki, həmin nömrələrə edilən zənglərin onlara faydası yoxdur, dəstəyi qaldıracaqları halda eşidəcəkləri səs onlara vəzifələrini xatırladacaq, danışacaqları adamdan onlara xeyir gəlməyəcək. “Xeyirli adam”dırsa, onların cib telefonuna zəng edər, yaxud, koridorlarda dolaşan, sahələri gəzən dəllallar vasitəsilə təmasa çıxardı.
Qeyd edək ki, adını hələlik anonim saxladığımız şikayətçi və qonşuları Rəhmənov Vüqar Rasif oğlunun qanunsuz əməlləri barədə indiyədək RİH-nə, polisə, Dövlət Əmlak Komitəsinə müraciətlər etsə də, baxan olmayıb. Bir daşı ikincisinin üstünə qoyan kimi yağışdan sonra çıxan göbələk tək peyda olan “Jek” işçiləri, küçədə iki dəstə göyərti satmaq istəyinin başına oyun açan polislər ərazidə bütöv bir məhlə salmış Vüqarın Böyük Çin səddi boyda kosmosdan da görülə biləcək əməllərindən xəbərsizdirlər.
Mediatv.az xəbər verir ki,bu sırada daha böyük əllaməliyə isə yerli Qaz İstismar Sahəsi imza atıb. Ümumiyyətlə, hesab edirik ki, qanunsuz fərdi evlərin tikintisinin qarşısını almaq üçün ən təsirli vasitə həmin evlərə qaz, su, işıq çəkilişini qadağan etmək olardı. Hərçənd, bu başqa söhbətin mövzusudur. Gəlin görək, Qaz İstismar Sahəsi neyləyib: Vüqar Rəhmənovun həmin ərazidə yaşamayan oğullarının adına sayğaclar quraşdırlıb. Özü də necə? Təsəvvür edin ki, bir damın altında quraşdırılmış iki yanaşı sayğac ayrı-ayrı ünvanlara rəsmiləşdirilib – Biri Arif İsmayılov 22 ünvana, digəri isə Yüzbəy Mürsəlov küç., dalan – 3 ünvana. Razılaşaq ki, bundan daha aşkar qanunsuzluq təsəvvür etmək çətindir! Belə çıxır ki, Vüqar Rəhmənov kimi qoçular qanunsuz inşa etdikləri tikililərdə məskunlaşdırdıqları hər kirayənişinə ayrıca bir sayğac quraşdıra biləcək iqtidara sahibdirlər.Bəzi məmurların boynu- pulu, imkanı olan şəxslərin qarşısında qıldan incə, peysərləri haqqı-hüququ tələb edən yoxsul vətəndaşların qarşısında yoğundur. “Dövlət Neft Şirkəti” məfhumu isə varlanan işçilərinin sərhədsiz özbaşınalığı ilə assosiasiya olunur.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024