Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (21-12-2022, 10:56)
Körpələrin ərzağını BÖYÜKLƏR BELƏ UDUR... - VİDEOFAKT

Bu gün Azərbaycan cəmiyyətində kifayət qədər çox müzakirə olunan ictimai-sosial mövzulardan biri də məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətilə bağlıdır. Təbii ki, bu mövzunun aktuallığı uşaqlarımızın təlim-tərbiyəsilə məşğul olan müəssisələrin hansı durumda olmaları, uşaq bağçalarında çalışan insanların peşəkarlıq səviyəsi kimi məsələlərə biganə yanaşmanın mümkünsüzlüyündən qaynaqlanır. Əlbəttə, respublika üzrə fəaliyyətində müəyyən nöqsanların müşahidə olunduğu uşaq bağçalarının olmadığını iddia etmək qətiyyən düzgün olmazdı. Lakin etiraf etmək lazımdır ki, son illər bu sahədə açıq-aşkar bir çox irəliləyişlərə nail olunub və bu gün ölkəmizdə nümunəvi fəaliyyətilə seçilən uşaq məktəbəqədər təhsil müəssisələri üstünlük təşkil edir.
Məktəbəqədər təhsil müəsisələri ilə bağlı müxtəlif narazılıqlar zaman-zaman mətbuatın gündəmində olub.Respublikamızın müxtəlif regionlarında bağçalarla bağlı fərqli narazılıqlar barədə yazmışdıq.
Bu dəfə redaksiyamıza Sumqayıt şəhəri 63 saylı körpələr evində baş verən qanunsuzluqlar barədə məlumat daxil olub.
Belə ki,mənbənin verdiyi məlumata görə,müəssisənin müdiri Rzayeva Nigar Rafiq qızı bir ilə yaxındır ki,bağçaya müdir təyin olunub.Gələn gündən də, işçilərlə problemlər və özbaşınalıq başlayıb.Bu gün də işçilərlə problemlər yaşanmaqdadır.
Qeyd edək ki,63 saylı körpələr evi Sumqayıt şəhəri 18-ci mkr-da yerləşir .Bağça 12 qrupdan ibarətdir və 220 nəfərlik yer nəzərdə tutulub.
Mənbə qeyd edir ki,Nigar Rzayeva körpələr evini öz qanunları ilə idarə edir.
Metodist Seyidzadə Vəfa və köməkçi Hümmətova İradə müdirin əsas adamlarıdır.Bu xanımların əliylə ərzaq satılır,qruplarda portaldan kənar,qanunsuz olaraq əlavə uşaqlar qəbul olunub.20 uşaq əvəzinə qruplarda 30-a yaxın uşaq var.
Ən əsası isə qruplarda hər uşağa görə valideynlərdən 20 AZN fond pulu adıyla pul yığılır.

Təbii ki,deyilənlər ciddi ittihamlardır.Amma bu barədə səs yazıları və sənədlər var.Ərzaq satışı,pul yığımı,uşaq qəbulunun 500 AZN olması və s. belə deməyə əsas verir ki,63 saylı körpələr evi və Nigar Rzayeva barədə ciddi araşdırmalar başlamalıdır.
Uşaq bağçalarının Elm və Təhsil Nazirliyin tabeliyinə verilməsindən sonra bu sahədə xeyli islahatlar aparılıb.Təəssüf ki,hələ də qanunsuzluqlara yol verən rəhbərlər təhsil müəssisələrində var.
Mənbədə qeyd edilir ki,müdir pulu yığa bilməyən işçilərə gün verib işıq vermir.Onları axşama kimi işdə saxlayır,müxtəlif təzyiqlər göstərir və işdən çıxaracağı ilə hədələyir.
Redaksiya adından Təhsil Nazirliyinə və müxtəlif qurumlara müraciət edirik.Ümid edirik ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva məsələyə münasibət bildirəcək.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
//azinfo.tv//

Körpələrin ərzağını BÖYÜKLƏR BELƏ UDUR...

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?

Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024