Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (21-12-2022, 08:54)
Statistika Komitəsi ilə Naxçıvan Bankın ORTAQ KORRUPSİYASI

 




Naxçıvandakı yoxlamalar zamanı, vətəndaşların siyahıya alınması prosesində milyonlarla manat vəsaitin mənimsənilməsi üzə çıxıb. Məlumata görə, bu işdə Naxçıvan MR Statistika Komitəsi və Naxçıvan Bank əlbir olublar. Həmin bankın yerli hakim ailə Talıbovların nəzarətində olduğu bildirilir. Pulu mənimsəmək üçün, öncə siyahıya alma işlərini həyata keçirən şəxslərlə müqavilələr bağlanılıb. Daha sonra, adıçəkilən bankda onların adına kartlar açılıb. Lakin, həmin kartlar sahiblərinə yox, Naxçıvan Ali Məclisinə təqdim olunurmuş. Ali Məclis əməkdaşkarı bu pulları bankdan çəkib, mənimsəyirmişlər.
DİA.AZ bildirir ki, bu faktı 2019-cu ildə əhalinin siyahıya alınmasında iştirak edən şəxslər də təstiq edirlər. Onlardan R. Muradov "Gündəlik Naxçıvan"a bildirir ki, gördükləri işə görə pullarını tələb edəndə, onları polislə hədələyiblər:
“Bizə dedilər ki, siyahıya alma üçün bir neçə aylıq işçi yığılır. İşsiz olduğum üçün mən də yazıldım. Sənədləri toplayıb, Naxçıvan şəhər Statistika İdarəsinə təqdim etdim. Siyahıya almada iştirak etdikdən sonra maaş kartımızı bizə vermədilər. Dəqiq bilirdik ki, kart sifariş verilib. Maaşlar yubandığı üçün gedib tələb etdik. Bizə polislə hədə-qorxu gəldilər. Dedilər ki, bu pullar abadlıq - quruculuq işlərinə xərclənir.”
Təhlükəsizlik üçün adını çəkmədiyimiz Naxçıvan Bankın əməkdaşı da deyilənləri təsdiqləyib. O deyir ki, 2019-cu ildə siyahıya alınmada iştirak edənlərin hamısına bankda kart çıxarılıbmış. Lakin, kartlardakl pul, bank rəhbərinin tapşırığı ilə, Ali Məclisə təqdim olunub:
“İki nəfər qara kostyumda adam gəldi. Bankda Ali Məclisdən gəldiklərini dedilər. Pulların hamısı çıxarıldı, sayılıb hazırlandı. Işçilərin 3 milyon manat maaşı həmin şəxslərə verildi.”
O deyir ki, bundan əlavə, siyahıya alınmaı üçün ayrılan 1 milyona yaxın pul isə statistika idarəlrinin hesabına keçirilib və oradan müxtəlif adlarla silinib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024