Karusel (24-10-2022, 14:30)
Masazırda sakinlər ciddi sosial problemlərlə üz-üzə qalıb- NARAZILIQ
Son vaxtlar Rüfət Fətullayevin sədrlik etdiyi Masazır qəsəbə bələdiyyəsində qol qoyulan fırıldaq əməllərinin, hər cür qanunsuzluq hallarının və s. əhatə dairəsi genişləndikcə, yerli sakinlərin nəinki bələdiyyə sədrinə, hətta bələdiyyənin digər üzvlərinin fəaliyyətlərinə qarşı da, məhz inamsızlıq hissi formalaşmaqda davam edir. Düzdür, ilk əvvəlllər Rüfət Fətullayev özünü yerli sakinlərə işgüzar vəzifə sahibi kimi göstərsə də, aylar, illər keçdikcə bu şəxsin hansı əməl və amal sahibi olması hər kəsə bəlli oldu. Yəni, Masazır qəsəbə bələdiyyəsinin bugünkü sədri elə bir addımlarını atır ki, hal-hazırda bu ərazidə yaşayanlar əvvəlki sədrin dünyadan köçənlərinə rəhmət oxumalı olurlar. Çünki, bu şəxsin yalnız bir amalı var, o da nəyin bahasına olursa-olsun mümkün qədər var-dövlət əldə etməkdir! Bəli, əslində bu gün bu belə də olur. Məsələn, Rüfət Fətullayevin rəhbərlik etdiyi Masazır qəsəbə bələdiyyəsinin üzvləri, son vaxtlar əmlak və torpaq vergisi adı altında sakinləri “soymaq”la məşğul olurlar. Belə ki, bu qurumda təmsil olunanlar hansı sakinin nə qədər torpaq sahəsindən, yaxud da hansı ölçüdə əmlak sahəsindən istifadə etməsinə məhəl belə qoymadan, qəsəbə ərazisində yaşayanlara düşündükləri qiymət həddində vergi borclarının olması ilə bağlı bildiriş göndərirlər. Bu da o demək olur ki, Rüfət Fətullayevin sədrlik etdiyi Masazır qəsəbə bələdiyyəsində hər cür anarxiya, hər cür özbaşınalıq hökm sürməkdədir. Elə ki, qarşı tərəfin bu cür fırıldaq əməlləri ilə bağlı müəyyən araşdırmalar aparırsan, o halda onlar Abşeron RİH Aparatında çalışan bəzi vəzifə sahiblərini, ələlxüsus icra başçısı cənab Abdin Fərzəliyev “topa tutmaq”dan da ehtiyat etmirlər. Yəni, Masazır qəsəbə bələdiyyəsində vəzifə sahibi olanların iddialarından bəlli olur ki, guya Abşeron RİH Aparatında çalışanlar daim onları “yükləyirlər”. O halda sual oluna bilər ki, əgər bu bələdiyyədə söz sahibi olanların dedikləri həqiqətdirsə, bəs digər problemlərin varlığına kimlər cavabdehlik daşıyırlar? Məsələn, bu gün də Masazır qəsəbəsi ərazisində sosial problemlər aşıb-daşmaqda davam edir. Yəni, bu qəsəbənin ərazisində zibillər vaxtlı-vaxtında yığılmır və belə bir səbəbdən də, döngə və küçələrdə xoşagəlməz mənzərələr əmələ gəlir. İlin müxtəlif vaxtlarında, daha çox isə isti yay günlərində sakinlər acınacaqlı durumla üz-üzə qaldıqlarından, onlar zibil tullantılarını məftillə, yaxud da iplə divarlardan, ağacların budaqlarından, torpağa basdırılmış dəmir parçalarından və s. asmalı olurlar. Bu da ətraf əraziyə iy-qoxunun yayılmasına, antisanitariyanın baş alıb getməsinə səbəb olur.
Mediada yayılan məlumatlardan, bəzi sakinlərin söylədiklərindən də aydın olur ki, sən demə Masazır qəsəbə bələdiyyəsinin məsul şəxsləri zibil tullantılarından da pul qazanmağı bacarırlar. Yəni, qəsəbənin elə ərazisi var ki, həmin yerlərdə zibil qabları yerləşdirmək mümkün olmur. Belə bir səbəbdən də, həyət-bacalara asılmış zibillərin hər hftənin müəyyən günlərində daşınması görə nəqliyyat vasitəsi ayrılsa da, bu heç də belə olmur. Yəni, həmin nəqliyyat vasitəsi üçün büdcədən lazımi məbləğdə vəsait də ayrılır, amma zibillər götürülmür. Çünki, həmin vəsaitlər ələ keçirilib mənimsənilir. Belə bir halın varlığı, məhz ərazidə zibil tullantıları ilə bağlı ciddi sosial problemin əmələ gəlməsinə səbəb olur. Bundan əlavə, zibillərin atılması üçün nəzərdə tutulan zibil qabları sakinlərin yaşadıqları ərazidən olduqca uzaq məsafədə yerləşdirilir ki, bu da kütləvi narazılığın əmələ gəlməsi ilə nəticələnir. Yəni, Rüfət Fətullayevi və bu bələdiyyənin üzvlərini qəsəbə sakinlərinin üz-üzə qaldıqları problemlər deyil, gündəlik hansı yola olursa-olsun qazanc əldə etməyin yolları düşündürür. Masazır qəsəbəsində daxili yollarının bərbad halda olması, kanalizasiya işlərində ciddi problemlərin yaşanması və s., bu gün də bələdiyyə sədrinin əhəmiyyət vermədiyi məsələlərdir.
Bütün bunlar onu söyləməyə əsas verir ki, Rüfət Fətullayevin sədrlik etdiyi Abşeron rayonu, Masazır qəsəbə bələdiyyəsi, bu gün sosial problemləri aradan qaldırmaqla məşğul olmur, əksinə sosial problemlərin üstünə əlavə problemlər gətirməklə məşğul olan bir qurum olaraq ad çıxarır. Ona görə də düşünürük ki, çox yaxın vaxtlarda bu bələdiyyənin yarıtmaz fəaliyyəti ilə bağlı aidiyyatı dövlət qurumları, ələlxüsus kifayət qədər iş təcrübəsinə və peşəkar idarəçilik qabiliyyətinə malik olan Abşeron RİH-nin başçısı cənab Abdin Fərzəliyev bir “əncam çəkəcək”. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq. Bizi izləyin.
Nyus.Az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024