Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (18-10-2022, 13:08)
Əli Həsənovun `TELENADZOR`u haralardadır?

 Çoxdandır görünməyən MTRŞ-nin keçmiş sədri indi nə işlə məşğuldur?

Mediatv.az bildirir ki, Nuşirəvan Məhərrəmli Modern.az-a açıqlamasında hazırda işsiz kimi istirahət etdiyini bildirib.

“Azərbaycan Audiovizual Şurasında ekspert qrupunun üzvü kimi qalıram. Televiziya kanallarında mübahisəli məsələlər olanda ekspertlər ona rəy verirlər. Amma çox şükür ki, bizdə belə problemlər olmur. Ümumilikdə isə daha çox evdəyəm, istirahət edirəm. İnşallah, hər şey yaxşı olar”.

Uzun müddət vəzifədə olmuş N.Məhərrəmli bəzən evdə sıxıldığını etiraf edib:

“Təbii, istərdim ki, pensiya yaşıma çatana qədər çalışım. Amma buna da şükür. Vaxtımın böyük hissəsini evdə keçirirəm. Bəzən sıxıldığım anlar olur”.

O, son dövrlər mətbuatda gedən dəyişikliklərlə bağlı da fikirlərini bölüşüb:

“Bütün dünyada gedən proseslər kimi, Azərbaycanda da mətbuat kütləvi xarakter aldığı üçün əksər insanların orada baş verənlər xoşuna gəlmir. Hazırda jurnalistikanın qaydalarına əməl edənlər çox azdır. Ona görə də insanların böyük əksəriyyəti bu sahədən narazıdır. Həm də dövr, zaman dəyişir, dəyərlər dəyişir, proseslər daha çox qlobal xarakter almağa başlayır.

Azərbaycanda da mətbuat sahəsində dəyişikliklər gedir. Amma bu, dünya mətbuatında gedən dəyişikliklərə adekvatdır. Dəyərsizləşdirmə hər yerdə gedir. İnsanları daha çox düşündürən mövzulara toxunulmur.
Yazılı və elektron mediada daha çox məişət, kriminal, şou kimi məsələlər üzərində düşünməyə vadar edən yazılara, verilişlərə geniş yer verilir. Bu da təbii ki, normal düşüncə adamlarını qane etmir. Bu, nəinki Azərbaycanda, eləcə də dünyada gedən proseslərin tərkib hissəsidir. Təkcə Azərbaycan telekanallarında yox, eləcə də Rusiya və Avropa kanallarında da vəziyyət ürəkaçan deyil”.

N.Məhərrəmli dünyada gedən proseslər fonunda ölkəmizdə də geniş vüsət alan bahalaşma ilə bağlı məsələyə də münasibət bildirib.

Müsahibimiz “Özünüzün də qeyd etdiyiniz kimi, işsiz vətəndaşsız. Geniş vüsət alan bahalaşma fonunda sosial problemlərlə üz-üzə qalırsınızmı” sualına cavabında deyib:

“Bilirsiniz, sosial problemlər hamını narahat edir. Bahalaşma bütün dünyada olduğu kimi, bizdə də müşahidə olunur. Xüsusilə dünya ölkələrində enerji böhranı yaşanır. Bu baxımdan ölkə vətəndaşı olduğum üçün sosial problemlər məni də narahat edir”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024