Karusel / Slayd (12-10-2022, 14:29)
Generalla icra başçısı qoruğun 518 hektar torpağını ələ keçirdi
General Ceyhun Həsənov nazir İnam Kərimovun postuna göz dikib, deyəsən. Penitensiar Xidmətin pomidorunun yeni növlərinin yaradılması, hər hektardan daha çox sentner məhsul əldə edilməsi üçün İsraildən mütəxəssis gətirməsi xəbərləri belə təəssürat yaradır.
Təsəvvür edin ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Ceyhun Həsənov pomidor biznesini genişləndirmək üçün Şirvan Dövlət Qoruğundan 518 hektar torpaq zəbt edib. İnformasiya dəqiqdir. Şübhə edənlər, bu zamana qədər “Salyan Aqro”nun icarəyə götürək dənli bitkilər yetişdirdiyi ərazilərin hara buxarlandığını Salyan İH başçısı Sevindik Hətəmovdan soruşa bilərlər.
Niyə Hətəmovdan? Çünki kobud hesablasaq Ceyhun Həsənovun plantasiyalarından yığılan hər 20 pomidorun ikisi onundur. General və icra başçısının qurduğu plana görə, Salyan rayonunun dövlət torpaqlarından heç qanqal da bitməyən 512 hektar torpağı Şirvan Dövlət Qoruğuna verilib, əvəzində qoruğun münbit, kultivasiya prosesindən keçmiş, əkinə yararlı 518 hektar torpağı dövlət torpağı kimi qeydiyyata alınaraq İH-nin sərəncamına verilib. Hətəmov da ərazini hektarı 2 manatdan 99 illiyə Ceyhun Həsənovun “Salyanpomidormmc”sinə icarəyə verib. Romadan bu yana dövlətqurma tarixinin ən ilginc olayları ƏN Penitensiar Xidməti-İcra Hakimiyyəti ortaqlığının kölgəsində qalar.
Araşdırmalarımıza görə, həmin əkinə yararlı torpaqları “Salyan Aqro” əkib-becərəndə Şirvan Dövlət Qoruğunun illik 40-45 min manat gəliri olurdu. Bir ucundan yesələr də, vəsaitin bir hissəsi Şirvanın flora və faunasının zənginləşdirilməsinə xərclənirdi. Azərbaycanın ən çox ceyran, cüyür, qırqovul bəslənən qoruğu indi generalın pomidorçuluq eşqinin güdazına gedir.
Salyanın verimli torpaqları generalı o qədər cuşa gətirib ki, İsraildən kənd təsərrüfatı mütəxəssisləri gətirib sortları calaq edir, ildə 3 dəfə məhsul almaq üçün gübrələr ixtira etdirir. Türmələr də qalıb başlı-başına… İran girir, Rusiya çıxır…
Ceyhun Həsənov milyonlarla gəlir gətirən işinə o qədər aludə olub ki, yaxınlarda həbsxanaların dəmir barmaqlıqlarının sökdürüb istixanalara çardaq qurdursa, gərək təəccüb etməyək.
Deyirlər, qoruğun zəbt edilmiş ərazisində əkilən pomidorların yanağı qızarmağa başlayıb. Görəsən, Ceyhun Həsənovun yanağında vəziyyət necədir?
Aygün Muradxanlı

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024