Karusel / Slayd (24-09-2022, 09:12)
Hacı Mazan Masallını necə TƏHLÜKƏYƏ ATIR... - İLGİNC FAKTLAR
23.09.2022-ci il tarixdə Azerinfo.media xəbər informasiya agentliyinə etibarlı mənbədən verilən məlumata görə, "Masallı-Yardımlı yolunun "isti su" adlanan ərazisində Viləşçay yatağı qazılır və polis əməkdaşları tərəfindən bir neçə yük dolu "Şadman" markalı maşın da həmin ərazidə saxlanılıb".
Dərhal əməkdaşlarımız sözügedən əraziyə yollanıb və verilən məlumat öz təsdiqini tapıb.
Belə ki, əldə etdiyimiz məlumata görə, qazıntını aparan şirkətin "SİRR-M" MMC-dir. Şirkətin qeyri-rəsmi olaraq iş adamı Hacı Mazana məxsus olduğu bildirilir.
"Hacı Mazan" ləqəbli şəxs Masallı rayon Yeddioymaq kənd sakini Ramazan Zeynalovdur.
"Sözügedən şirkət Viləşçay yatağını Şıxlar kənd hissəsindən keçən ərazilərində olan qum və qrabilləri gündüz və gecı saatlarında qazdırıb daşıtdırdığı üçün bu barədə aidiyyatı orqanlar şikayət daxil olub.
Aldığımız məlumata görə, sözügedən ərazidə hər gün 80-100 "Şadman" markalı maşınlarla qum və qrabillər daşınır.
Əməkdaşlarımız sözügedən ərazidə qazıntı olan yerlərlə yaxından tanış olub çəkiliş də ediblər.
Həmin vaxt orada yerli ekologiya işçilərindən 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin Masallı üzrə müfəttişi Mirkamil Həsənzadə olub.
Eyni zamanda həmin vaxt sözügedən ərazidə polis əməkdaşları tərəfindən iki qrabil yüklü "Şadman" maşın və "ekskavator"un saxlandığını görüblər.
Sözügedən maşınların heç birisinin dövlət nömrə nişanları olmayıb.
Sonra qazıntı aparan şəxs və şəxslər Masallı rayon Polis Şöbəsinə dəvət olunub və aldığımız məlumata görə onların izahatları alınıb və hazırda araşdırma aparılır.
Əməkdaşımız yerli ekologiya müfəttişi Mirkamil Həsənzadəyə telefon vasitəsilə zəng vurub əlavə məlumat almaq istəyib, amma çox təəssüflər olsun Mirkamil Həsənzadə onlara "hər hansı bir məlumat verə bilməcəyini "-bildirib.
Çox çalışdıq, amma Mirkamilin bizə məlumat verə bilməməsinin səbəbini öyrənə bilmədik.
P.S. Masallı rayonun əvvəlki rayon rəhbərləri belə qanunsuzluqlara və "ekoloji soyqırımlara" göz yumurdu, amma görünür Masallı rayonuna son zamanlar təyin olunmuş Icra başçısı cənab Araz Süleymanov yeni kadr islahatları aparır və rayonda olan özbaşınalıq və "ekoloji soyqırımlar"ın qarşısını almağa çalışır. Bu işdə cənab başçı və ona dəstəy olan Masallı Rayon Polis şöbəsinin rəisi polkovnik-leytenatı cənab Ayaz Ağayevə öz təşəkkürümüzü bildiririk .
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq //Azerinfo.media//
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024