Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (19-09-2022, 11:12)
 Rəfail Mehralıyevin yerinə keçmək istəyən Ədalət Bağırov kimə arxalanır?

 Paytaxtın Yasamal rayonundakı bəzi küçə və məhəllələrdə yaşayan sakinlərin mətbuata etdiyi əsas şikayətləri son zamanlar zibilliklərin çoxalması ilə bağlıdır. Nabat Aşurbəyova küçəsinin sakinləri bir tərəfi park, digər tərəfi isə zibillik olan ərazidə antisanitariyanın hökm sürdüyünü bildirir, “Axşam tamam başqa cür mənzərə yaranır. Elə bil meşədən keçirsən. Daim küçə itləri buralarda olur,” – deyə şikayət edirlər. Yasamal rayonu ərazisində olan Qanlı gölün ətrafında zibilliyin yaratdığı mənzərəyə söz tapmaq olmur. Abbas Mirzə Şərifzadə küçəsində yaşayan sakinlərin əsas şikayəti isə məhəllərində olan zibil qablarının vaxtında daşınmaması səbəbindən küçənin zibillərin qoxusuna qərq olduğundan şikayətçidirlər.

Elektron media resurslarında Yasamal rayonundan olan bu tip şikayətlərə çox rast gəlinir və zibilliyə qərq olmuş küçələrin siyahısını uzatmaq da olar. Lakin bizim əsas məqsədimiz o deyil. Fikrimiz bu sahəyə birbaşa cavabdeh olan Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin fəaliyyətinə qısa bir nəzər salmaqdır.

Sözügedən təsərrüfat Birliyinin fəaliyyəti hələ 2006–2017-ci illərdə İbrahim Mehdiyevin Yasamal rayon İcra Hakimiyyətinə başçılıq etdiyi dövrlərdə də bərbad olub. Həmin dövrlərdə İbrahim Mehdiyevin Mənzil Kommunal Təsərrüfatı Birliyinə yerləşdirdiyi adamı vasitəsi ilə rayon əraisində qarış-qarış torpaq satdığı heç kimə sirr deyil. Onun paytaxtın“Sovetski” adlanan ərazisindəki Hacı Cavad məscidinin sökülməsi ilə bağlı işdən çıxarıldı.

Məlum olduğu kimi 2019-cu ilin noyabrından Yasamal rayon İcra Hakimiyyətinə Elşad Həsənov başçılıq edir. Sələflərindən fərqli olaraq Elşad Həsənov Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə öz adamını təyin edə bilməyib. Nə qədər qəribə olsa da, hazırda Bakı şəhər İçra Hakimiyyətinə tabeli Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Zaman Novruzovun adamı, qohumu Ədalət Bağırov rəhbərlik edir.

Məlumat üçün qeyd edək ki, Ədalət Bağırov təqribən on il, “Azərsu” ASC-nin struktur vahidlərindən olan Magistral Su Kəmərləri İdarəsinin rəisi işləyib. Bu Oqtay Əsədovun “Azərsu”ya rəhbərlik etdiyi dövrlərdə olub. Onda Zaman Novruzov da həmin strukturda tikinti sahəsinə rəhbərlik edirdi. Qorxmaz Hüseynov “Azərsu” rəhbərliyinə gələndən bir müddət sonra Ədalət Bağırov həmin vəzifədən uzaqlaşdırılıb. Ancaq Ədalət Bağırov “fenomenal” bacarıqlarına görə Bakı – Tbilisi – Qars dəmiryol xəttinin çəkilişini reallaşdıran idarələrdən birinə rəis gedir və hətta həmin sahədə səmərəli xidmətlərinə görə 2017-ci ildə “Tərəqqi” medalı da alır. Zaman Novruzovun hələ də ADDY-də mühüm vəzifə tutmasına baxmayaraq, Ədalət Bağırov artıq iki ildir ki, Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə gətirilib. Burada onun ADDY-dən uzaqlaşdırılmasının səbəbi maraqlıdır. Nədən dəmir yollarından birdən-birə kommunal təsərrüfatı birliyinə? Bir müddət əvvəl Bakı – Tbilisi – Qars dəmiryol xəttinin çəkilişi zamanı külli miqdarda dövlət vəsaititnin təyinatından kənarlaşdırılması ilə bağlı dövrü mətbuatda məlumatlar yayılmışdı. Bəlkə Ədalət Bağırov məhz bu məsələyə görə ADDY-dən uzaqlaşdırılıb? Burada üstünə aydınlıq gətiriləsi məsələlər çoxdu.

Mətbuatın yazdığına görə Ədalət Bağırov son 20 ildə üç müxtəlif sahəyə rəhbərlik edib ki, bunların heç biri, bir-birilə uzlaşmır. Yəni, Ədalət Bağırov o qədərmi hərtərəfli biliyə malik, universal bir kadrdır? Əslində isə o, heç də universal kadr deyil. Demək olar ki, hazırda “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini olan Zaman Novruzov harada olubsa, Ədalət Bağırov da orada olub. Yəni, hər yerdə Zaman Novruzova arxalanıb. İndi bu universal kadr Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə normal rəhbərlik edə bilmədiyi halda, daha böyük vəzifələrə can atır. İştahası da balaca deyil.

Məlum olduğu kimi, indi dövrü mətbuatın gündəmində”Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin hələ boş olan sədri vəzifəsinə namizədlərdir. Onların arasında sədr müavini Zaman Novruzovun da adı hallanır. Zaman Novruzov ADDY-nın sədri olacağı təqdirdə Ədalət Bağırovu nələr gözləyir? Yox, o ADDY-də sədr müavini və yaxud idarə rəisi olmaq istəmir. Redaksiyamıza verilən ilginc məlumatlara görə Ədalət Bağırov Bakı şəhər İçra Hakimiyitənə tabeli Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri olmaq istəyir. Yəni, hazırki sədri Rəfail Mehralıyevin yerinə göz dikib. O, Rəfail Mehralıyevin ki, Bakı şəhər İçra Hakimiyyətinin başçısı Eldar Əzizov onunla bacarmadı. Görəsən Zaman Novruzov “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olarsa, onu yerindən tərpədə biləcəkmi?

Hadisələrin sonrakı inkişafını izləmək üçün bizə qalır, durub gözləmək. Ədalət Bağırova isə ulduzunun parlaması üçün Zaman Novruzovun ADDY-yə sədr təyin olunması üçün dua etmək.

Aktualinfo.orgшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024