İqtisadiyyat / Slayd (25-05-2022, 10:05)
Banklar “reket”ləri işə çağırır?- İLGİNC
Azərbaycan banklarının vakansiyalarla bağlı elanlarının əksəriyyətində ehtiyacın problemli kreditlər üzrə mütəxəssislərə olduğunu görmək mümkündür. Son aylarda bankların açdığı vakansiyaların mühüm hissəsi məhz belə mütəxəssislər üzrədir. Yerli saytların məlumatına görə, banklar problemli kreditlər üzrə mütəxəssislərə olan iş tələblərini belə sıralayırlar: borcu gecikdirən müştərilərlə telefon əlaqəsi yaratmaq və borcun ödənilməsi istiqamətində danışıqlar aparmaq, borcun ödənilməsinə nəzarət etmək, ödənişləri gecikmədə olan müştərilərə bildirişlər göndərmək, gecikmədə olan müştərilərin ödənişlərinin gecikmə səbəbini araşdırmaq, bununla bağlı birbaşa rəhbərə məlumat vermək, problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi və sair...
Qeyd edək ki, 2014-2015-ci illərdə - ölkənin maliyyə-bank sistemi ağır böhrana daxil olan ərəfədə bankların vakansiyalarında indiki hal yaranmışdı. Daha sonra məlum oldu ki, problemli kreditlərin həcmi sistemə təhdid yaradacaq səviyyəyə çatıb. Manatın dollar qarşısında kəskin dəyərsizləşməsi əksəriyyəti dollarla götürülən kreditlərin qaytarılması imkanlarını qat-qat məhdudlaşdırdı. Eyni zamanda neftin dünya bazar qiymətinin kəskin ucuzlaşması nəticəsində ölkə iqtisadiyyatında yaranan problemlər əhalinin gəlirlərində azalmaya səbəb oldu ki, bu da onların kredit ödənişlərində çətinlikləri daha da artırdı. İlk vaxtlar banklar az qala “qoçu” rolunda çıxış edən problemli kreditlər üzrə mütəxəssislərin köməyi ilə vəziyyəti dəyişməyə çalışdılar. Lakin bu, əhali arasında ciddi narazılıqlara gətirib çıxartdı. Nəticədə dövlət işə qarışaraq, manatın dəyərsizləşməsi nəticəsində qaytarılması mümkün olmayan kreditlərin restrukturizasiyasına, həmçinin devalvasiyaya görə kreditlərdə artan məbləği kompensasiyasına yüz milyonlarla manat vəsait sərf etməli oldu.
İndi yenidən bankların problemli kredit olan müştərilərlə işləmək üçün işçi ehtiyacları artır. Halbuki rəsmi statistika ölkədə problemli kreditlərin həcminin xeyli azaldığını deyir. Belə ki, Mərkəzi Bankın məlumatına əsasən, bu ilin yanvarın 1-nə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin həcmi 719,4 milyon manat təşkil edib və bu göstərici 2021-ci ilin dekbar ayında 8,5 faiz azalıb. İllik müqayisədə problemli kreditlərin həcmi 19,4 faiz azalıb. Sözügedən kreditlərin ümumi portfeldəki payı dekabr ayı ərzində 0,5 faiz bəndi, illik müqayisədə 1,9 faiz bəndi azalaraq 4,2 faiz təşkil edib.
2022-ci il aprelin 1-nə isə Azərbaycanda bank kreditlərində vaxtı keçmiş kreditlərin payı 2014-cü ildən bəri minimum səviyyəyə düşüb. Belə ki, bank sektorunun kredit portfelinin həcmi 1 aprel 2022-ci il tarixinə 18 milyard manat, problemli kreditlərin həcmi isə 685 milyon manat təşkil edib. Bu da problemli kreditlərin ümumi kredit portfelindəki payının 3.8 faizə düşməsi deməkdir.
Xatırladaq ki, 2020-ci ildə koronavirus pandemiyasına görə tətbiq edilən sərt karantin tədbirləri şəraitində əhalinin gəlirlərinin azalması, ödəniş qabiliyyətinin aşağı düşməsini nəzərə alaraq Azərbaycan hökuməti kreditlərlə bağlı müəyyən yumşalmalara gedib.
Fiziki şəxslər (sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan) üçün İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiya imkanları yaradılıb. 01 mart 2020-ci il tarixinədək verilmiş və keyfiyyəti qənaətbəxş olan belə kreditlərin restrukturizasiyası 30 sentyabr 2020-ci ilədək həyata keçirildiyi halda onların keyfiyyəti pisləşdirilməyib. Eyni zamanda bankların öz vəsaitləri hesabına ipoteka kreditləşməsini stimullaşdırmaq məqsədilə bu kateqoriyadan olan kreditlər üzrə risk dərəcələrinin 100 faizdən 50 faizədək azaldılması barədə qərar qəbul edilib.
Biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması kredit təşkilatlarına tövsiyə edilib, bu zaman borcalanların kredit tarixçəsi pisləşdirilməyib. Sonradan pandemiyanın davam etməsini əsas gətirən Mərkəzi Bank bu qərarın qüvvədə olma müddətini dəfələrlə uzadaraq, ən son 2021-ci ilin 30 sentyabrında 2022-ci ilin 1 yanvarına qədər müəyyənləşdirib.
Mərkəzi Bankın 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatından aydın olur ki, pandemiyadan təsirlənən əhali, biznes və maliyyə institutları üçün bir sıra tənzimləyici güzəştlər barədə qərarların icrası çərçivəsində banklar tərəfindən ümumilikdə 1.3 milyard manat məbləğində 57 mindən çox kredit restrukturizasiya olunub. Restrukturizasiya olunmuş kreditlərin məbləğ üzrə 87 faizi biznes, 9 faizi istehlak, 4 faizi ipoteka kreditlərinin payına düşüb. 30.11.2021-ci il tarixinə pandemiya ilə əlaqədar restrukturizasiya olunmuş portfelin qalıq məbləği 0.7 milyard manat təşkil edib.
Göründüyü kimi, 2020-ci ilin 1 martından 2022-ci ilin 1 yanvarına qədər olan dövrdə əhalinin və biznesin qaytara bilmədiyi kreditlərin “qara siyahı”ya salınması qadağan olunub. Ölkədə problemli kreditlərin məbləğinin azalmasında bu amil nə qədər rol oynayıb? Digər tərəfdən, 2015-2016-cı ildəki böhran zamanı aydın oldu ki, banklar böyük həcmdə kreditləri məqsədyönlü şəkildə problemli kreditlər siyahısına daxil etməyiblər. İndi də belə halın təkrarlanması mümkündürmü? Mediatv.az xəbər verir ki, bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, problemli kreditlərin həcminin necə azaldığı açıqlanmır: “Bilinmir ki, bu kreditlər geri qaytarılıb, yoxsa ümidsiz kredit kimi bank tərəfindən silinib? Bununla bağlı heç vaxt açıqlama verilmir. Təcrübə göstərir ki, problemli kreditlərin az hissəsinin müxtəlif yollarla qaytarılması təmin olunur, qalanı isə ümidsiz kimi qiymətləndirilərək silinir. Düşünürəm ki, reallıqda problemli kreditlərin həcmi azalmayıb. Banklar yenə də problemli kreditlərin həcmini gizlədirlər. Bunu bir neçə yolla edirlər: ya kreditin müddətini uzadırlar ki, bu, qanunsuzluqdur. Ya da ki, bir şirkətə krediti ayırırlar, o da gedib digərinin borcunu bağlayır. Adı olur ki, yeni kredit verildi, yaxud problemli kreditin qaytarılması təmin olundu. Bəs sual yaranır ki, banklar bunu niyə edirlər? Cavabı budur ki, Mərkəzi Bankın tələbinə əsasən banklar problemli kreditlərin həcminə uyğun olaraq məcburi ehtiyatlar yaratmalıdılar. Problemli kreditlərin həcmi nə qədər çox olarsa, bankın dövriyyədən çəkib kənara qoyduğu ehtiyatın həcmi də bir qədər artır. Buna görə də banklar problemli kreditlərin həcmini maksimum az göstərməyə çalışırlar. Və buna görə də indi problemli müştərilərlə işləmək üçün işçilərə ehtiyacları artır, vakansiya elanlarında belə işçilərlə bağlı pozisiyalar çoxalıb”.
Ə.Həsənov bildirir ki, son illərdə məhkəmələr bankların xeyrinə qərarları daha çox çıxarırlar: “Bu da ondan irəli gəlir ki, bir vətəndaşın xeyrinə çıxarılan qərar on adamın həvəslənərək haqqını müdafiə etmək üçün məhkəməyə müraciət etməsinə səbəb olur. Bunun qarşısını almaq üçün məhkəmələr əksər hallarda vətəndaşlarla, sahibkarlarla bankların çəkişməsində ikincinin xeyrinə qərar çıxarırlar. Halbuki əslində qərar ölkə qanunvericiliyi əsasında haqlı tərəfin nəfinə çıxarılmalıdır”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024