Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (17-05-2022, 09:53)
Bahalaşmanı tətikləyən DAHA BİR PROBLEM... - AKTUAL

 Dövlət Statistika Komitəsi ötən ay ölkədə bahalaşan və ucuzlaşan məhsulların siyahısını açıqlayıb. Məlumatda qeyd edilir ki, aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma vaflinin, peçenyenin, unun, makaron məmulatlarının, düyünün, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, pendirin, yoqurtun, süfrə marqarininin, günəbaxan və qarğıdalı yağlarının, heyvanın, narın, naringinin, almanın, armudun, soğanın, kartofun, bibərin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, mineral suların, arağın qiymətində qeydə alınıb. Ucuzlaşma isə əsasən yumurtanın, qozun, fındığın, xiyarın, kələmin və çuğundurun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

DSK-nin məlumatının reallığı əks etdirdiyi danılmazdır. Məlum məsələdir ki, havalar isindikcə yumurtanın qiyməti düşür. Bu, həmişə belədir. Qoz-fındıq “sezonu” da bitib. Kələm, çuğundura da tələbat azalıb. Payız-qış fəsli deyil ki, turşu qoyulsun, yaxud borş bişirilsin.

Təzə tərəvəzlər qış tərəvəzlərinin qiymətini istər-istəməz aşağı salır. Bu kimi məhsullarda qiymət enməsi nə qədər təbii görünürsə, qiymətində artım olan, yaxud qiyməti enməyən məhsullarla bağlı bir o qədər sual yaranır. Un məmulatlarının qiymətindəki artımın səbəbi bəllidir. Bostan məhsulları, meyvələr də yeni-yeni yetişir və bazara “ayaq açır”. İdxal məhsullarının qiymətinin bahalaşması da başadüşüləndur. Lakin elə məhsullar var ki, onlar ölkədə istehsal edilir. Az-çox yerli istehsal var, yəni. Məsələn, çay, qənd, şəkər tozu, günəbaxan, qarğıdalı yağı, marqarin, spred yağlar. Ötən ilin payızından anbarlara toplanmış alma, armud, heyva, nar... Bunlar ki köhnə məhsullardır, hamısı soyuduculardan çıxanlardı. Bu məhsulların qiymətini aşağı salmağa nə mane olur? Mediatv.az-ın məlumatına görə, iqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında bildirdi ki, ərzaq mallarının qiymətinin enməməsinə, əksinə, bahalaşmasına bazardakı monopoliya səbəb olur:

- Yerli məhsulların piştaxtaya sərbəst çatdırılma yolu, çox demirəm, bir balaca açılsa, sizi inandırıram, qiymətlərdə kəskin fərq görərik. Amma topdansatış məntəqələri buna imkan vermir. Bütün məhsulların bir anbara toplanıb oradan paylanması qiymətlərə mənfi təsir edir. Biz araşdırmışıq, anbardan marketlər şəbəkəsi, yaxud bazara çıxan bəzi məhsulların qiymətində 20-30 faiz artım var. Müəyyən təbəqə var ki, bu biznesdən külli miqdarda pul qazanır. Bu təbəqə məhsulun birbaşa bazara çıxmasının qarşısına süni əngəl yaradır. Baryer qurublar, imkan vermirlər ki, fermer yetişdirdiyi məhsulu sərbəst şəkildə bazara çıxarsın. Ona görə də yerində kiloqramı 10 qəpiyə alınan məhsul bazarda 2 manata satılır. Yəni biz məhsulları satış mərkəzlərindən 20-30 faiz baha qiymətə alırıq. İdxal məhsullarıyla da eyni vəziyyətdir. Hesablayırsan, gömrük rüsumu, əlavə dəyər vergisi və sair xərcləri, yenə də məhsulun maya dəyərindən çox-çox baha qiymətə satıldığı məlum olur. Məhsul baha qiymətə təqdim olunur. Topdansatış məntəqələri məhsulun birbaşa istehlakçıya çatdırılmasına mane olur.
F.İbrahimov qeyd etdi ki, bu məsələ İqtisadiyyat Nazirliyi yanında Dövlət Antiinhisar Xidmətinin diqqətində olmalıdır: - Onlar tədqiqat aparmalıdırlar, sahibkarlarla danışmalıdırlar ki, problemin nədən ibarət olduğunu bilsinlər və bunun qarşısını alsınlar. Amma heç bir iş görmürlər. Biz özümüz balaca tədqiqat aparmışıq və görmüşük ki, yeni məhsul – alça bir marketdə 8 manatadır, digər satış mərkəzində 3 manata. Bu boyda fərq niyə yaranır? Bunu Antiinhisar Xidməti araşdırmalıdır.

Yerli istehsal məhsullarının qiymətinin ucuzlaşmamasına gəlincə, F.İbrahimov bir neçə səbəb göstərdi:

- Doğrudur, yerli istehsal var. Ancaq idxal amili asılılıq yaradır. Müəssisələrdən soruşsaq, deyəcəklər ki, istehsal üçün hansısa komponentləri idxal edirlər. Yerli istehsal idxaldan asılılığı azalda bilmir. Digər səbəb dünya birjalarına inteqrasiya olunmağımızdı. Bu da birja qiymətlərindən asılılıq yaradır. Dünya birjalarının ardınca “düşmüşük”. Orda qiymət qalxan kimi bizdə də qalxır. Reallıq budur ki, dünya bazarında bahalaşma gedir, buna müharibələr, iqtisadi sanksiyalar təsirini göstərir, bir tərəfdən panika qiymət artımını şərtləndirir. Hanısa dövlət ixracı dayandıran kimi qiymətlər avtomatik qalxır. Bu vəziyyətdən çıxmağın əlbəttə ki, yolları var. Monopoliya aradan qalxmalıdır.

Məsələn, “Azərsun” monopolistdir. İstehsal bazarına başqa istehsalçının daxil olmasının qarşısını alır. Amma təmiz liberal iqtisadiyyat olsa və idxal amilindən asılılıq azalsa, vəziyyət müsbətə doğru dəyişər, əhaliyə də daha sərfəli, əlçatan qiymətlər təklif olunar.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024