Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (18-03-2022, 10:44)
Bahalaşan dollar MANATA NƏ EDƏ BİLƏR?

 ABŞ-ın Federal Ehtiyatlar Sistemi 3 ildən sonra ilk dəfə faiz dərəcəsini 0,25 faiz artırılıb. Ekspertlər hesab edir ki, faiz dərəcəsinin artırılması dünya birjalarına təsir edəcək və dollar dünya miqyasında yerli valyutalar qarşısında bahalaşacaq.

2022-ci ilin fevralında ABŞ-da illik inflyasiya 1982-ci ildən bəri ən yüksək həddə - 7,9 faizə çatıb. “Bloomberg”in yazdığına görə, ABŞ-da inflyasiyanı sürətləndirən əsas amillər arasında benzinin, ərzaq məhsullarının və mənzillərin bahalaşması önəmli yer tutur. “Bloomberg”ə danışan ekspertlərin bir çoxu Rusiya neft-qazından imtina nəticəsində ABŞ-da enerjidaşıyıcılarının yaxın bir neçə ay ərzində bahalaşma meylli olacağını proqnozlaşdırırlar. Qeyd edək ki, yüksək inflyasiya yalnız ABŞ deyil, Avropa Birliyində də ciddi problemlər yaratmaqdadır. Fevral ayında Avrozonada istehlak qiymətləri indeksi 5,8 faiz yüksəlib. Bu, Avropa valyutasının tədavülə buraxıldığı 1999-cu ildən bəri ən yüksək göstəricidir. Avrozonada inflyasiyanı tətikləyən əsas amil fevral ayında illik ifadədə 31,7 faiz bahalaşan enerjidaşıyıclarının qiymətidir. “Eurostat”ın məlumatına əsasən bu zonada fevral ayında istehlak qiymətləri yanvar ayı ilə müqayisədə 0,9 faiz bahalaşıb. Fevralda ərzaq məhsulları, tütün məmulatları və alkoqollu içkilərin qiyməti illik ifadədə 4,1 faiz artıb.

Belə bir şəraitdə Azərbaycan FED-in qərarından hansısa formada təsirlənə bilərmi?

İqtisadçı-ekspert Elman Sadiqovun sözlərinə görə, bazarlar bu artımı gözləyirdilər deyə qərarın ciddi bir təsiri olmadı: “Yəni bazarlar əvvəlcədən bu artıma uyğunlaşmışdılar. Hətta bəzi analitik və investorlar 0,50 faiz bəndi artımı gözləyirdilər. Bu qədər artıma da hazırlaşanlar az deyildi. Bu baxımdan, FED-in qərarı bazarlarda şok effekti yaratmadı. Bu qərara qədər əmtəələrin qiymətində, valyuta cütlüklərinin məzənnələrində onun gözləntiləri əsasında dəyişikliklər baş vermişdi”.

Ekspert bildirir ki, indiki şərtlər daxilində FED-in uçot dərəcəsinə dair qərarı dünya bazarında neftin qiymətinə ciddi bir təsir gücünə malik deyil: “Adi şəraitdə bu qərar neft bazarına ciddi təsir göstərə bilərdi. Lakin hazırda neft bazarında dəngələr tamamilə fərqli amillərin təsirindədir. Eləcə də digər bütün əmtəələrin bazarında. Başqa sözlə desək, bu gün Rusiyanın Ukraynaya təcavüzü olmasaydı, dünyanın bir sıra bölgələrində pandemiyanın yenidən genişlənməsi kimi amillər olmasaydı, FED faiz qərarının -dolların məzənnəsinin əmtəə bazarlarına ciddi təsirindən danışa bilərdik. Valyuta cütlüklərinə gəlincə, onsuz da dollar hazırda ən güclü valyuta olaraq qalmaqdadır. Çünki bazarlarda risk amilləri çox yüksəkdir. Bütün bunlara görə FED-in qərarı əmtəə və valyuta bazarlarında demək olar ki, hiss olunmadı”.

E.Sadiqovun dediyinə görə, FED-in qərarında da bir qeyri-müəyyənlik var: “ABŞ-da işsizlik fevral ayı üzrə 3,8 faiz təşkil edib. Bu, çox əlverişli və uyğun bir səviyyədir. Lakin bununla yanaşı, həm ölkədə çox yüksək 7,9 faizlik inflyasiya var. Bu şəraitdə FED-in uçot dərəcəsini 0,50 faiz bəndi artırması daha gözlənilən və məqsədəuyğun hesab edilirdi. FED-in bu addımı atmaması ondan xəbər verir ki, demək, daha ciddi risklər var”. Ekspert bildirir ki, FED rəhbərliyində qlobal iqtisadiyyatla bağlı ciddi narahatlıqlar var: “Dollar yalnız ABŞ iqtisadiyyatı üçün deyil, dünyanın rezerv valyutasıdır. Ona görə də Federal Ehtiyatlar Sistemi dollarla bağlı hər hansı qərar verərkən yalnız ABŞ-ı deyil, bütün dünyanı nəzərə almalı olur. FED rəhbərliyinin açıqlamaları onu deməyə əsas verir ki, onlar 2022-ci ildə qlobal iqtisadiyyatda ciddi təlatümlər gözləyirlər. Ona görə də baxmayaraq ki, Amerika özünün son yüzillik tarixində ən böyük minfloyasiyalarından biri ilə üzləşib, FED kəskin addımlar atmaqdan çəkinir. Çünki qlobal iqtisadi təlatümlər gözlənilir. Ona görə də biz ciddi şəkildə riskli aktivlərə dönüşü müşahidə etməyəcəyik. Əmtəə qiymətləri faktoru var ortada. Neftin-qazın qiymətinə ciddi bir təsir olmayacaq. Bu əmtəələrin qiyməti hazırda böyük ölçüdə Rusiya-Ukrayna müharibəsi, Rusiyaya qarşı tətbiq olunan və olunacaq sanksiyalardan asılıdır. Amma bütün bunlara baxmayaraq, FED-in yürüdəcəyi monetar siyasəti qlobal maliyyə sisteminə ciddi təsir edən faktor olaraq qalır. FED-in uçot dərəcəsini artırması, bazara yeni dollar buraxmağı dayandırması nəticəsində pandemiya dövründə bütün dünyada səpələnən dollarların yenidən ABŞ-a qayıtması başlayır. Belə deyək, ucuz dollar erası yavaş-yavaş bitir. FED-in ardınca digər mərkəz banklar da uçot dərəcəsinə yenidən baxacaq. Buna görə də nəzərlər Avropa Mərkəzi Bankı və Böyük Britaniya Mərkəzi Bankındadır.Bu şəraitdə inkişaf etməkdə olan ölkələrin valyutalarına bir təzyiq başlayacaq”.

Bu prosesin Azərbaycan manatına hansı təsirləri olacaq? E.Sadiqov deyir ki, heç bir: “Azərbaycan manatına əsas təsir edən amil neftin qiymətidir. Neft bazarındakı şərtlər isə Azərbaycan manatına mənfi təsir göstərəcək yönümdə deyil. Yaxın müddətli, hətta mən deyərdim, ortamüddətli dövrdə neft bazarında şərtlərin mənfi dəyişməsi gözlənilən hesab olunmur”.

İqtisadçı-ekspert Pərviz Heydərov da hesab edir ki, FED-in qərarının Azərbaycan manatına hansısa təsiri gözlənilən deyil: “ABŞ Mərkəzi Bankı tərəfindən uçot dərəcəsinin 0,25 % qaldırılması gözlənilən addım idi və bu, neftin qiymətinin aşağı salınması üçün həyata keçirilməsi zəruri olan tədbirlərdən biri sayılırdı. Uçot dərəcəsinin il ərzində 1 faiz və ola bilsin ki, bir az da çox artırılacağı ehtimalı var. Bunun manatın məzənnəsinə heç bir təsiri yoxdur və olmayacaq da”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-fevral aylarına nisbətən 12,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 6,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz artıb. Cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 11,9 faiz yüksəlib. Bu zaman ən yüksək bahalaşma qida məhsullarında qeydə alınıb. Bu məhsullar fevralda yanvarla müqayisədə 2,2 faiz, əvvəlki ilin fevralı ilə müqayisədə 17,5 faiz bahalaşıb.
“Yeni Müsavat”шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024