Yanvarın 28-də ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin mart müqaviləsinin dəyəri 0,77% artaraq 1 barelə görə 90,03 dollar təşkil edib.

Mediatv.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin martda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,24% artaraq 86,82 dollar təşkil edib.