İqtisadiyyat (25-01-2022, 12:00)
Rublun sürətlə ucuzlaşması manatın devalvasiyasına səbəb ola bilər? - AKTUAL
Rusiyanın milli valyutası - rubl son günlər ABŞ dolları qarşısında sürətlə ucuzlaşmağa başlayıb.
Mediatv.az Yeniavaz.com-a istinadən xəbər verir ki, rublun dollar qarşısında dəyərdən düşməsi Rusiya və Ukrayna arasında yaşanan gərginlik və ABŞ başda olmaqla Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazırlaşmasından sonra baş verib.
Son 15 gün ərzində rubl dollar qarşısında 4,5% dəyərdən düşüb. Yanvar ayının 10-da 1 dollar 74,4 rubla bərabər olduğu halda, bu gün 78,6 rubla yüksəlib.
Rubl təkcə dollar qaşısında deyil, Azərbaycan manatına nisbətdə də ucuzlaşmaqdadır. Son 15 gün ərzində rubl manat qarşısında 5,7% ucuzlaşıb. Belə ki, 15 gün əvvəl 1000 rubl 22,9 manat olduğu halda, bu gün 1000 rubl 21,6 manata alınır. Ümumiyyətlə, rublun məzənnəsi manat qarşısnda son 2 ilin ən aşağı səviyyəsinə düşüb.
Bəs görəsən, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyada rublun dəyərdən düşməsi manata necə təsir edəcək?
Rublun manata nisbətən ucuzlaşması ilk növbədə Rusiyada işləyən və Azərbaycana pul göndərən soydaşlarımızın zərərinə olacaq. Əmək haqqını rublla alıb Azərbaycana göndərənlər üçün məzənnə dəyişikliyi sərfəli deyil. Hazırkı vəziyyət Rusiyada işləyən soydaşlarımızın real qazancını azaltmış olur.
Bundan başqa Azərbaycanın əsas ticarət tərəfadşı olan ölkədə - Rusiyada milli valyutanın ucuzlaşması bu ölkədən idxalı daha da artıra bilər.
Gömrük Komitəsinin açıqladığı sonuncu məlumata görə,ötən ilin ilk 11 ayı ərzində Rusiyadan 1 milyard 854 milyon dollar dəyərində məhsul idxal olunub ki, bu da ümumi idxalın 17,8%-ni təşkil edib. Hesabat dövründə Rusiya Azərbaycana ən çox məhsul ixrac edən ölkə olub.
Manatın məzənnəsinin rubl qarşısında bahalanması Rusiyadan gətirilən məhsulların ucuzlaşması deməkdir. Məsələn, 15 gün əvvəl Rusiyadan dəyəri 1000 rubl olan məhsul üçün 22,9 manat ödəyirdiksə, bu gün eyni məhsul üçün 21,6 manat ödəyirik.
Bu da öz növbəsində Azərbaycanda dollara olan tələbatı artıra bilər. İnsanlar Rusiyadan ucuz mal gətirmək üçün daha çox dollar almağa çalışacaqlar. Bu da öz növbəsində ölkədə dollara olan tələbatı artıracaq və nəticədə devalvasiya ehtimalını yüksəldəcək.
Xatırlayırsınızsa, 2015-ci ilin fevral ayında baş verən devalvasiyadan bir qədər əvvəl rubl Azərbaycan manatı qarşısında kəskin ucuzlaşmışdı. Rubl 2015-ci ilin fevral ayının əvvəlində manat qarşısında ən aşağı səviyyəyə (1000 rubl -11,5 manat) düşüb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024