İqtisadiyyat (11-12-2014, 22:21)
Rus rublu başqa valyuta ilə əvəzlənə bilər
Rusiya Dövlət Dumasında rublun dollar və avro ilə nisbətdə dəyərinin aşağı düşməsinin qarşısını ala biləcək başqa valyuta ilə əvəzlənməsi təklif olunub.
“Mediatv.az”nun modern.az-a istinadən xəbər verir ki, bu haqda “MİR 24” telekanalı Dumanın təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Anatoli Vıbornıya istinadən məlumat yayıb.
Vıbornının sözlərinə görə, böhrandan bir neçə çıxış variantı var:
“Bunlardan biri rubla alternativ valyuta yaratmaqdır ki, ad hələ ki yoxdur. Digər variant Rusiya rublunu tamamilə başqa səviyyəyə qaldırmaqdır”.
Deputat əmindir ki, bu halda Rusiya vətəndaşlarının avro və dollardan istifadəsinə ehtiyac qalmayacaq. Bununla belə, Vıbornı yeni valyutanın yaradılmasına Avrasiya İqtisadi İttifaqına və Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin cəlb olunmasını da mümkün hesab edir. Rublun kursu ilin əvvəlindən dollara nisbətdə 40 faizdən çox, avro isə 34 faiz aşağı düşüb. Rublun ucuzlaşmanın tempi son həftələrdə ciddi sürətlənib. İndi 1 avro 69 rubl, 1 dollar isə 55 rubldur.