Hansı hallarda mikro sahibkarlıq subyekti olan şəxslərin gəlirlərinin və əldə etdikləri mənfəətlərinin 75 faiz güzəşt hüququ ləğv ediləcək?! Mediatv.az FED.az-a istinadən xəbər verir ki, Vergi Məcəlləsinə edilmiş və 2022-ci ildən qüvvəyə minmiş əlavə və dəyişikliklərdən biri də 102.1.30 və 106.1.20-ci maddələrə aiddir.
Mühasibatlıq və vergi məsələləri üzrə üzrə ekspert Anar Bayramov dəyişikliyin detallarını izah edib.
Bu dəyişiklik nəticəsində bu ildən etibarən qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan şəxslərin gəlirlərinin 75 faizi fiziki şəxslərin gəlir vergisindən və hüquqi şəxslərin mənfəət vergisindən azaddır.
Yəni əgər fiziki və hüquqi şəxslər 75 faiz güzəştləri o zaman əldə edəcəklər ki, onlar mütləq öz gəlir və xərclərinin uçotunu Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada aparmış olsun. Əks təqdirdə bu güzəşt onun əlindən alınır, hətta belə mikro sahibkarlıq subyektlərində səyyar yoxlama aparılarsa və müəyyən edilsə ki, vergi ödəyicisi gəlir və xərclərinin uçotunu qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparmayıb, o zaman həm 75 faiz güzəşt ləğv edilərək büdcəyə çatası gəlir vergi və mənfəət vergisi bərpa ediləcək, həm də həmin məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.
İlk baxışdan bu əlavə və dəyişiklik çox sərtləşdirici bir dəyişiklik kimi xarakterizə edilsə də diqqətlə araşdırsaq görərik ki, bu maddə heç də xarakterizə edildiyi kimi vergi ödəyicilərin işini çətinləşdirəcək, maliyyə itkilərinə gətirəcək bir norma deyil. Əvvəlcə fəaliyyət sahələri üzrə araşdırsaq görərik ki, bu norma pərakəndə ticarət fəaliyyət ilə məşğul olan vergi ödəyicilərinin mütləq əksəriyyətinə təsir etmir.
Çünki əgər pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxsin dövriyyəsi 200 000 manatdan azdırsa həmin şəxs onsuz da çox böyük ehtimal sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyətini seçmişdir. Topdan ticarət fəaliyyəti ilə məşğul olan şəxslərin də mütləq əksəriyyətinin dövriyyəsi 200 000 manatdan yuxarı olduğu üçün mikro sahibkar deyillər.
İctimai-iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin də mütləq əksəriyyəti ya 2 və ya 8 faiz dərəcəli sadələşdirilmiş vergi ödəyicisi mükəlləfiyyətindədirlər. İstehsal fəaliyyəti ilə məşğul olan şəxslərin də əksəriyyəti mikro sahibkarlıq subyekti deyillər. Düzdür, mikro sahibkarlıq subyekti olan istehsal fəaliyyəti ilə məşğul olan sex səviyyəsində fəaliyyət göstərən kiçik müəssisələr də az deyil. Onların fəaliyyətində bir az çətinliklər yarana bilər. Lakin bu maddənin tətbiq edilməsi, əlavənin məcəlləyə daxil edilməsinin məqsədni yazının sonunda qeyd edəcəm.
Araşdırdığımız zaman görünür ki, mikro sahibkarlıq subyekti olan şəxslərin çox böyük əksəriyyəti xidmət sektorunda fəaliyyət göstərən şəxslərdir. Xidmət sektorunda fəaliyyət göstərən mikro sahibkarlıq subyektinin isə elə çətin bir gəlir və xərclərinin uçotu yoxdur. Həmin şəxslər öz gəlirlərini tərəflərin təsdiq etdiyi xidmətlərin təhvil-qəbul aktı və elektron qaimə faktura ilə rəsmiləşdirir, xərclərini isə icarə xərcləri, sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta xərcləri, elektron qaimə ilə əldə etdiyi dəftərxana xərcləri və sairə bu kimi xərclərini rəsmiləşdirməklə uçota almış olur. Bununla da o gəlir və xərclərinin uçotunu yekunlaşdıraraq 75 faiz güzəşt əldə edir və bu maddələrin məhdudlaşdırıcı, mənfi, qorxulu təsirindən yan keçmiş olur. Düzdür, 03 fevral 2016-cı il tarixli AR Maliyyə Nazirliyinin Q-03 saylı qərarı ilə təsdiqlənmiş "Mikro və kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları” da mövcuddur ki, əslində mikro sahibkarlıq subyektləri öz uçotunu bu qaydalara uyğun aparmalıdırlar. Amma mikro sahibkarlıq subyekti öz gəlir və xərclərinin uçotunu yuxarıda qeyd etdiyim kimi rəsmiləşdirsə, belə o zaman 75 faiz güzəşt hüququndan məhrum olmur.
Bəs əlavə və dəyişiklik edilmiş bu maddələrin təsirinə məruz qalacaq şəxslər kimlərdir?! Bu şəxslər əsasən malların mədaxili, alışını təsdiq edən sənəd olmadan həmin malları başqalarına təqdim edən şəxslərdir. Belə fərz edək ki, mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi 100 000 manat dəyərində malları digər şəxsə təqdim edir və həmçinin bu şəxsin təqdim etdiyi malların alışını, mədaxilini təsdiq edən sənəd yoxdur. Belə olan halda həmin şəxs 100 000 manatdan 5 000 manat mənfəət və ya gəlir vergisi ödəməklə öz fəaliyyətini davam etdirir. Hətta həmin şəxsə Vergi Məcəlləsinin 58.8-ci maddəsi ilə 10%, 20%, 40% maliyyə sanksiyası tətbiq edilsə belə vergi ödəyicisinin Məcəllənin 102.1.30 və 106.1.20-ci maddələrinə əsasən 75 faiz güzəşt hüququ var.
Amma burada bir məsələ var idi ki, maliyyə sanksiyaları ancaq səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı tətbiq edilirdi, lakin vergi ödəyicisi isə bu güzəşt hüququndan faktiki olaraq istifadə edirdi. Əgər vergi ödəyicisində səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tətbirləri həyata keçirilməzdirsə, o zaman ödəyici sanksiyadan da yan keçmiş olurdu. Ancaq növbəti ildən həmin şəxslərə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tətbirləri zamanı həm maliyyə sanksiyası tətbiq ediləcək, həm də 75 faiz güzəşt əlindən alınacaq. Habelə bu güzəştin vergi ödəyicisinin əlindən alınması üçün heç də səyyar vergi yoxlamasına ehtiyac qalmayacaq. Kameral vergi yoxlaması zamanı da təsbit edilsə ki, vergi ödəyicisi öz gəlirlərinin və xərclərinin uçotunu qanunvericilikdə nəzərədə tutulmuş qaydada aparmır, o zaman belə 75 faiz güzəşt əlindən alınacaq.
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024