Yeni il bayramı və 5 günlük bayram tətili yaxınlaşır. Həftənin çox hissəsini işləməyə sərf edən, bayram tətilini ailəsi ilə vaxt keçirmək üçün fürsət bilənlər isə indidən tətil planları qururlar. Hər il olduğu kimi bu il də kimisi tətili evdə, kimisi ölkəmizin səfalı guşələrində, kimisi isə xarici ölkələrdə keçirmək arzusundadır.
Lakin yaşadığımız pandemiya dönəmi, iqtisadi çətinliklər təbii ki, bu sahəyə də təsirsiz ötüşməyib və bir çox insanların səyahət, turizm planları arzu olaraq qalmaqdadır.
Mediatv.az xəbər verir ki, turizm məsələləri üzrə ekspert Çingiz İsmayılov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu il turizm sahəsində irəliləyiş olacağını düşünmür.
“Pandemiya dövrüdür. Vəziyyət hələ ki düzəlməyib. Ölkələr arası turizmdə çətinliklər var. Ölkə daxilində isə iqtisadi durum, əhalinin yaşayış rifahı təbii ki, birbaşa daxili turizmə təsir edir. Bu il xüsusi canlanma olmayacaq. Çünki pandemiya hələ səngiməyib. Bu da əlbətdə ki, daxili turizm axınlarına təsir edir. Nəzərə alsaq ki, bəzi sahələrdə infilyasiya qiymətlərin qalxmasına təsir edib. Bunun üçün də düşünürəm ki, turizm sahəsində canlama gözləmək lazım deyil.
Qiymət barədə isə onu deyə bilərəm ki, ümumi inflyasiya gedir. Bəzi ərzaq məhsullarının qiymətləri qalxır və bu, xidmətlərədə öz təsirini göstərir. Bu, zəncirvari məsələdir”.
Eksperin sözlərinə görə, qonşu Gürcüstanla müqayisə etdikdə bizdə qiymətlər daha yüksəkdir və bu da əlbəttə ki, turzm mərkəzlərinin cəlbediciliyinin aşağı düşməsinə səbəb olur.
“Bu qiymətlərin nisbətən aşağı düşməsi və yaxud eyni səviyyədə qalması müşahidə edilsəydi, onun gəlirləri daha yüksək olardı. Əfsuslar olsun ki, bizim turizm səhəsi hələ ki bazar şəraitinə uyğunlaşmayıb. Ona görə də daxili turistlər bir çox hallarda qonşu ölkələrə üz tuturlar. Bu artıq bizim “xəstə”liyimizə çevrilib. Bu faktdır və hər hansı dönüm müşahidə edilmir”.
Çingiz İsmayılov sonda qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin yaxın illərdə bərpa edilməsi turizm industriyası üçün yeni imkanlar yaradacaq.
“Amma yenə burada da qiymətlərin monitorinqi çox vacibdir. Burada qiymətlər əlçatan olmalıdır ki, vətəndaşlarımız gedə bilsin. Bu ərazilərə insanların marağını nəzərə alaraq, qiymətləri yüksək etsələr, gələcəkdə gözlədiyimiz axın olmayacaq”.
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024