Biz dəfələrlə yazmışıq ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov ölkədəki bank sistemini bərbad günə qoyub.
Bəli, ölkəmizdəki bank faizləri dünyanın heç bir yerində yoxdur.
Son 20 ildə Elman Rüstəmovun xeyir-duası ilə ölkədə nə qədər bank fəaliyyətə başlayıb. Əslində bu banklar əhalinin sanki dərisini soymaqla məşğuldur.
Bu barədə dəfələrlə Milli Məclisin tribunasından kəskin fikirlər səsləndirilib.
Əslində Elman Rüstəmov ölkədən çıxarılan külli miqdarda valyutaya görə vaxtında cavab verməli idi.
Sonradan ölkədə baş verən devalvasiyaya görə də Elman Rüstəmov cəzadan yayına bildi.
Təsəvvür edirsiniz, devalvasiyadan sonra ölkədə fəaliyyət göstərən bankların əksəriyyəti böhran vəziyyətinə düşüb.
Bankların çoxu vəziyyətdən çıxa bilmir, müflis olur. Amma...
Əmması odur ki, Elman Rüstəmovun özünə məxsus banklarının “kefi sazdır”.
Çünki cənab Rüstəmovun əli o bankların kürəyindədir.
Belə banklardan biri də “Bank Respublika”dır.
Qısa məlumat üçün qeyd edək ki, Bank Respublika, 22 may 1992-ci ildə Azərbaycan Respublikası Milli Bankı tərəfindən verilmiş lisenziyaya əsasən yaradılan özəl kommersiya bankıdır. 1 iyun 2011-ci il tarixinə bankın məcmu kapitalı 53,7 milyon Azərbaycan manatı keçib və ümumi aktivlər 294,2 milyon manata çatıb.
Təsəvvür edirsiniz, 300 MİLYONA yaxın…
Bu bank dəfələrlə Qarabağ Dirçəliş Fonduna pul köçürməsi, şəhid ailələrinə kömək etməsi ilə özünü reklam etməyə çalışsa da…
Dəfələrlə fermerlərə kömək etdiyini, guya təmənnasız fermerlərə təlim keçdiyini reklam etsə də..
Əslində belə deyil.
Onu da qeyd edək ki, bu bank bir başa Elman Rüstəmovun əli altındadır.
Hələ bir müddət əvvəl Elman Rüstəmov banka əl gəzdirərək bəzi vəzifəli şəxsləri uzaqlaşdırdı.
Və özünə daha sadiq adamları İdarə Heyətinə gətirdi.
Hələ o zaman Xədicə xanımla Elman Rüstəmov arasında qalmaqalın olduğu bildirildi. Və Xədicə xanım İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırıldı.
Sözün qısası, son illər bankların çoxunun üstünü qara buludlar alsa da, Elman Rüstəmovun “Bank Respublika”sı çiçəklənir. Yəni Elman Rüstəmov öz bankını qoruya bilir. Hələ ki… //gundelik-baku.com//
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024