Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (1-12-2021, 17:26)
Prezidentdən mikro və kiçik sahibkarlara dəstəklə bağlı - Fərman

 Prezident İlham Əliyev “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
“Mediatv.az” xəbər verir ki, sənədə əsasən, “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” təsdiq edilib.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu Fərmanla təsdiq edilmiş Qaydanın tələblərinə uyğun olaraq sahibkarların məhsullarının satışını təşviq etmək məqsədilə zəruri tədbirlər görməlidir.
Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası belədir:
1. Ümumi müddəalar
1.1. Bu Qayda mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrində satışının genişləndirilməsinə, o cümlədən istehsal edilmiş məhsulların satışı ilə bağlı ticarət fəaliyyətinin təşkilinə çəkilən xərclərin ödənilməsi şərtlərini müəyyən edir.
1.2. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə mikro və kiçik sahibkarlıq subyektləri kateqoriyasına aid edilmiş kommersiya hüquqi şəxslərinin və fərdi sahibkarların (bundan sonra – sahibkar) bu Qayda ilə müəyyən olunmuş dəstək tədbirlərindən istifadə etmək hüququ vardır.
1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. ticarət şəbəkəsi – sahibkarlara qanuni əsaslarla məxsus olan və bir əmtəə nişanı altında fəaliyyət göstərən iki və ya daha çox ticarət obyektinin məcmusu;
1.3.2. ticarət obyekti – müxtəlif çeşidli malların alqı-satqısı, ictimai iaşə, məişət və digər növ xidmətlərin həyata keçirildiyi və işlərin görüldüyü açıq və ya qapalı ticarət kompleksi;
1.3.3. satış yeri – sahibkarların istehsal etdikləri məhsulların satışının genişləndirilməsinə dəstək üçün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən icarəyə götürülmüş ticarət obyektinin müəyyən sahəsi (ticarət rəfləri, piştaxtalar, stellajlar və s.) və ya sahibkarların məhsullarının satışı məqsədilə Agentliyin stendinin təşkil edilməsi üçün yer, o cümlədən yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış satış-sərgi yerləri.
1.4. Bu Qayda ilə müəyyən edilmiş dəstək tədbirləri aşağıdakı sahibkarlara şamil edilmir:
1.4.1. müflis elan olunmuşlara, yaxud barələrində iflas proseduru başlanılmış, ləğv və ya dayandırılma mərhələsində olan sahibkarlara;
1.4.2. dövlət büdcəsinə vergilər, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və tibbi sığorta üzrə ödəmə vaxtı keçmiş borcları olanlara, dövlət dəstəyi göstərilməsi şərtlərini pozmaqla dövlət dəstəyi alanlara, yaxud büdcə vəsaitinin məqsədli təyinatını pozmaqla dövlət dəstəyindən istifadə edənlərə;
1.4.3. nizamnamə kapitalında dövlətin, qeyri-kommersiya təşkilatlarının, xeyriyyə fondlarının (əlillər təşkilatları istisna olmaqla) və digər fondların payı 25 faiz və ondan çox olan hüquqi şəxslərə, habelə Agentliyin işçilərinə və onların yaxın qohumlarına (ərinə (arvadına), valideynlərinə, o cümlədən ərinin, arvadının valideynlərinə, babalarına və nənələrinə, övladlarına, övladlığa götürənlərinə (götürülənlərinə), qardaşlarına və bacılarına);
1.4.4. sənaye məhəllələrinin, sərbəst zonaların, xüsusi iqtisadi zonaların, sənaye və ya texnologiyalar parklarının rezidentlərinə;
1.4.5. hasilatın pay bölgüsü haqqında sazişlərin iştirakçılarına, silah satışı və faydalı qazıntıların hasilatı ilə məşğul olanlara;
1.4.6. əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə.
1.5. Dəstək tədbirlərinin təşkilini və dəstək məbləğinin ödənilməsini Agentlik həyata keçirir.
1.6. Bu Qayda ilə müəyyən edilmiş dəstək tədbirlərinin maliyyələşdirilməsi mənbələri aşağıdakılardır:
1.6.1. Agentliyə dövlət büdcəsindən ayrılmış vəsait;
1.6.2. Agentliyin fəaliyyəti nəticəsində əldə etdiyi sərbəst vəsait;
1.6.3. qrantlar, ianələr, texniki və maliyyə yardımları;
1.6.4. sahibkarlıq subyektlərinin sosial məsuliyyət çərçivəsində ayırdıqları vəsait;
1.6.5. qanunla qadağan edilməyən digər mənbələr.
1.7. Bu Qaydada nəzərdə tutulmuş dəstək tədbirlərində iştirak edəcək sahibkarları aşağıda göstərilən meyarlara əsasən Agentlik seçir:
1.7.1. məhsulun Azərbaycanda ilk dəfə istehsal olunması;
1.7.2. məhsulun idxalı əvəzləmək potensialı;
1.7.3. məhsulun, Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, digər regionlarda istehsal edilməsi;
1.7.4. sahibkarın ticarət şəbəkələrinə çıxış təcrübəsinin olmaması.
1.8. Bu Qayda ilə müəyyən edilmiş dəstək tədbirlərində iştirak etmək barədə müraciətlərə onların Agentliyə daxil olduğu təqvim ardıcıllığı ilə baxılır.
1.9. Bu Qaydada nəzərdə tutulmuş dəstək məbləğinin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.
2. Sahibkarların istehsal etdikləri məhsulların satışının genişləndirilməsi
2.1. Sahibkarların istehsal etdikləri məhsulların satışının genişləndirilməsinə dəstək aşağıdakı tədbirlərdən ibarətdir:
2.1.1. ticarət obyektlərində müəyyən sahənin (ticarət rəflərinin, piştaxtaların, stellajların və s.) Agentlik tərəfindən icarəyə götürülməsi;
2.1.2. sahibkarların məhsullarının satışı məqsədilə ticarət obyektlərində müəyyən sahəni icarəyə götürməklə Agentliyin stendinin təşkil edilməsi;
2.1.3. yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış yerlərdə Agentlik tərəfindən satış-sərgi üçün şərait yaradılması.
2.2. Satış yerinin dövlət vəsaiti hesabına icarəyə götürülməsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
2.3. Agentlik tərəfindən icarəyə götürülmüş və sahibkarların istifadəsinə verilməmiş, habelə sahibkarların istifadəsinə verilmiş satış yerləri barədə məlumatlar Agentliyin rəsmi internet səhifəsində, o cümlədən mövcud məlumatlandırma portallarında yerləşdirilir və mütəmadi olaraq yenilənir.
2.4. Sahibkarların istehsal etdikləri məhsulların satış yerlərində yerləşdirilməsi onların müraciəti əsasında həyata keçirilir. Sahibkarlardan daxil olmuş müraciətlər bu Qaydanın 1.7-ci bəndi ilə müəyyən edilmiş meyarlara əsasən qiymətləndirilir və meyarların daha çoxuna uyğun gələn sahibkarlara üstünlük verilməklə, onlarla istehsal etdikləri məhsulların satış yerinin müəyyən hissəsində (bundan sonra – satış sahəsi) yerləşdirilməsi barədə müqavilə imzalanır və həmin sahibkarlar barədə məlumatlar Agentliyin rəsmi internet səhifəsində yerləşdirilir.
2.5. Bu Qaydanın 2.4-cü bəndində nəzərdə tutulmuş müqaviləyə uyğun olaraq sahibkarın istifadəsinə verilən satış sahəsinin ölçüsü 50 (əlli) sm müəyyən edilir. Müraciət edənlərin sayı, hər bir müraciət edənin məhsullarının çeşidlərinin sayı və ölçüləri nəzərə alınmaqla, Agentliyin qərarı ilə sahibkarların istifadəsinə verilən satış sahəsinin ölçüsü əlavə 50 (əlli) sm-dək artırıla bilər.
2.6. Sahibkarın istehsal etdiyi məhsulların satış sahəsində yerləşdirilməsi barədə müqavilənin müddəti 3 (üç) ayadək müəyyən edilir. Müraciət edənlərin sayı və istehlakçıların satış yerlərində yerləşdirilən məhsullara olan marağının həcmi nəzərə alınaraq, Agentliyin qərarı ilə sahibkarın istifadəsinə verilən satış sahəsindən istifadə müddəti bir dəfə 3 (üç) ayadək uzadıla bilər.
2.7. Satış sahəsinin sahibkarın istifadəsinə verilməsi ödənişli qaydada həyata keçirilir. Mikro sahibkarlıq subyekti onun istifadəsinə verilmiş satış sahəsinə görə Agentliyin ödədiyi icarə haqqının 20%-i miqdarında, kiçik sahibkarlıq subyekti isə onun istifadəsinə verilmiş satış sahəsinə görə Agentliyin ödədiyi icarə haqqının 50%-i miqdarında haqqı Agentliyə ödəyir.
2.8. Bu Qaydaya əsasən Agentlik tərəfindən bir təqvim ili ərzində icarəyə götürülən satış yerlərinin sayı 10-dan çox, icarəyə götürülən bir satış yerinə görə illik icarə haqqı isə 20000 (iyirmi min) manatdan artıq ola bilməz.
3. Satış yerlərində ticarət fəaliyyətinin təşkilinə dəstək
3.1. Satış yerlərində ticarət fəaliyyətinin təşkilinə dəstək ticarət fəaliyyətinin həyata keçirilməsi üçün sahibkar tərəfindən alınan rəsmi sənədlərə ödənilmiş rüsum və xidmət haqlarının bir hissəsinin ödənilməsindən ibarətdir. Satış yerlərində ticarət fəaliyyətinin təşkilinə görə hər bir sahibkara ödənilən dəstək məbləği qeyd olunan işlərlə bağlı çəkilən xərclərin 50 (əlli) faizini (1000 (min) manatdan artıq olmamaqla) təşkil edir.
3.2. Agentlik tərəfindən bir təqvim ili ərzində satış yerlərində ticarət fəaliyyətinin təşkilinə dəstək göstəriləcək sahibkarların sayı bu Qaydanın 1.6-cı və 3.1-ci bəndlərinə uyğun olaraq ayrılmış vəsaitin həcmindən asılı olaraq müəyyən edilir.
3.3. Dəstək göstəriləcək sahibkarların müraciətləri bu Qaydanın 1.7-ci bəndi ilə müəyyən edilmiş meyarlara əsasən qiymətləndirilir, meyarların daha çoxuna uyğun gələn sahibkarlara üstünlük verilir və 3.4-cü bəndin tələbləri nəzərə alınmaqla, ödəniş edilməsi ilə bağlı onlarla müqavilə imzalanır.
3.4. Bu Qaydaya uyğun olaraq, satış yerlərində ticarət fəaliyyətinin təşkilinə görə dəstək məbləği aşağıdakı qaydada ödənilir:
3.4.1. sahibkar rəsmi sənədləri aldığı tarixdən 30 (otuz) iş günü müddətində dəstək məbləğini əldə etmək məqsədilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada Agentliyə ərizə təqdim edir;
3.4.2. ərizəyə ticarət fəaliyyətinin həyata keçirilməsi üçün sahibkarın aldığı rəsmi sənədlərə ödədiyi rüsum və xidmət haqlarını təsdiq edən sənədin surəti əlavə edilir;
3.4.3. Agentlik ərizəyə və ona əlavə olunmuş sənədlərə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 30 (otuz) gün müddətində baxır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və dəstək verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) gündən gec olmayaraq, Agentlik onların aradan qaldırılması üçün ərizəçiyə birbaşa və ya sifarişli poçt göndərişi vasitəsilə məlumat təqdim edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir;
3.4.4. ərizəçi həmin çatışmazlıqlarla bağlı məlumatı aldığı vaxtdan ən geci 10 (on) gün müddətində bunları aradan qaldırmalıdır. Bu zaman ərizəyə baxılma ilə bağlı müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur;
3.4.5. sahibkara dəstək məbləğinin ödənilməsi haqqında Agentlik tərəfindən qərar qəbul edildiyi gündən 20 (iyirmi) iş günü müddətində Agentlik dəstək məbləğini müraciət edən şəxsin bank hesabına köçürür.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024