Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (20-08-2021, 10:12)
İri və orta sahibkarlıq regionlardan qaçaq düşüb - NƏ ETMƏLİ?

İri və orta sahibkarlıq regionlardan qaçaq düşüb
“Binəqədi rayonu ərazsində kiçik sexim var, izolyasiya materialları, üzlüklər və daş plitələr istehsal edirik. Pandemiyaya qədər işlər pis getmirdi, amma sonradan sifarişlər azaldı, işçilərin çoxunu ixtisar etdik. Qadağalar yumşalandan sonra işimizi bərpa etməyə çalışırıq, amma dövlət qurumları imkan vermirlər. Cərimə cərimənin dalınca yağır, bir tərəfdən də vergi başımızın üstünü kəsdirib. Belə davam etsə, sexi bağlamaqdan başqa çarəm yoxdur…”

Bunu “Press Klub”un əməkdaşı ilə söhbətində kiçik sahibkar Şəmistan Cəfərov deyir. O qeyd edir ki, ətrafda işləyən müəssisələrin hamısı təxminən eyni vəziyyətdədir, əldə olunan qazancla dövlətin tələb etdiyi vergi, qoyduğu cərimə uyğun gəlmir: “Sahibkarı fikirləşən yoxdur ki, 5 manat pul qazanmalıdır, 5 nəfərə çörək verməlidir, büdcə də bizim hesabımıza dolur. Tutub alırlar, gerisini fikirləşən yoxdur“.

Sahibkarın sözlərindən belə məlum olur ki, Azərbaycanda sahibkarlığın 65 faizindən çoxunun cəmləşdiyi Bakıda iş adamlarının durumu ürəkaçan deyil. Böyük holdinqlər, şirkətlər istisna olmaqla, hamı vəziyyətdən narazıdır, qazanc azalıb, ödəniş, cərimələr çoxalıb, pul da əvvəlki alıcılıq qabiliyyətini itirib. Kiçik sahibkarların dəstəyi yoxdur, bankların, dövlət qurumlarının qapıları onların üzünə bağlıdır. Hər il büdcədən ayrılan on milyonlarla vəsait isə yuxarıların himayə etdiyi şirkətlərə ötürülür.

Dövlət Statistika Komitəsinin (DSK) 2021-ci ilin ilk yarısına olan məlumatına görə, ölkədə kiçik sahibkarlıq subyektlərinin sayı 6 min 284, orta sahibkarlıq subyektlərinin sayı 2 min 659, iri sahibkarlıq subyektlərinin sayı isə 601-dir. Əksər bizneslər mikrosahibkarlığa aiddir – 133 min 844.

DSK-nın yarım illik dövrlə bağlı rəqəmlərini “Press Klub”a şərh edən iqtisadçı Nemət Əliyev bildirdi ki, rəsmi statistikada diqqəti dərhal cəlb edən məqam sahibkarlıq subyektləri sırasında iri və orta müəssisələrin sayının çox az olmasıdır. Onun sözlərinə görə, iri müəssisələr vur-tut 0,4%, orta müəssisələr 1,8% paya malikdir:

“Heç kiçik müəssisələrin sayı da çox deyil, cəmi-cümlətanı 5%. Yəni 10 milyon əhalisi olan ölkədə işçi sayı 250-dən çox olan cəmi 600 müəssisə fəaliyyət göstərir. 50-250 nəfər işçisi olan orta müəssisələrin sayı isə 2600-dən bir az çoxdur. Heç şübhəsiz ki, bu baza və imkanlarla irəli getmək, əhalinin davamlı şəkildə artmaqda olan ehtiyaclarını normal səviyyədə qarşılamaq, müasir dünya ilə ayaqlaşmaq mümkün deyil”.

N.Əliyev xatırlatdı ki, iri müəssisə iri imkanlar, iri kollektivlər, iri yatırımlar, böyük nailiyyətlər, ən yeni texnika, ən yeni texnologiyalar deməkdir:

“Yəni bütün bunlara sahiblənə bilməkdən ötrü gərək iri, heç olmasa, orta ölçülü müəssisə kimi fəaliyyət göstərəsən. Əgər çağdaş dövrdə sahibkar bu imkanlara yiyələnə bilmirsə, yaxud da bu imkanlardan məhrumdursa, nə zamanla ayaqlaşa, nə də bazarlarda kəskin rəqabət şəraitində duruş gətirə bilər. Nisbətən iri müəssisələrin məhsulların, iş və xidmətlərin maya dəyərini aşağı salmaq imkanları da geniş olur. Bu imkan da yoxdursa, o zaman sahibkarlığın inkişafından danışmaq gözə kül üfürməkdən başqa bir şey deyil”.

İqtisadçının sözlərinə görə, açıq şəkildə görünən budur ki, iri, yaxud orta müəssisələrin sayının və rolunun artmasında hökumət elə də maraqlı deyil:

“Rəsmi statistikaya görə, 2020-ci ilin 1 iyul tarixinə ölkədə 673 iri müəssisə fəaliyyət göstərib. Bu il 1 iyul tarixinə olan vəziyyətə görə, iri müəssisələrin sayı 72 vahid, yaxud 11% azalaraq 601 vahidə düşüb. Bu dövrdə orta sahibkar müəssisələrinin 244 vahidi və ya 8%-i, kiçik sahibkarlıq müəssisələrinin isə 402 vahidi və ya 6%-i sıradan çıxıb. Yeganə sayı artan müəssisələr “mikro” ölçülərə qədər xırdalanmış müəssisələrdir ki, belə müəssisələrin əksəriyyətində 2-3 nəfər (maksimum 10 nəfərə qədər) işçi çalışır. İndi özünüz fikirləşin, ölçüləri bu dərəcədə kiçilmiş xırda müəssisələrlə haraya qədər getmək olar? Mikro müəssisələrin sayının artması həm də ölkədə aşağı əməkhaqqı alan işçilərin sayının çoxalması deməkdir. Mikro müəssisələrin verdiyi əməkhaqqı, bir qayda olaraq, kiçik müəssisələrin verdiyi əməkhaqqından orta hesabla 23-25%, orta müəssisələrin verdiyi əməkhaqqından isə 45-50% az olur. Bu baxımdan mikro müəssisələrin sayının artması arzuolunan hal deyil və ölkədə həyat səviyyəsinə pisləşdirici təsir göstərir”.

Nemət Əliyevin fikrincə, sahibkarlıq subyektlərinin əksəriyyətinin paytaxt Bakıda yerləşməsi də başqa bir problemdir. Ekspert xatırlatdı ki, iri müəssisələrin 72%-i, orta müəssisələrin 59%-i Bakıda fəaliyyət göstərir:

“Heç olmasa, kiçik və mikro müəssisələrin əksəriyyəti regionlarda yerləşsəydi, disbalansı müəyyən qədər azaltmaq olardı. Lakin belə müəssisələrin də 64 faizi Bakıda yerləşir. Bu nisbətlər birmənalı şəkildə Bakı şəhəri ilə regionların inkişaf səviyyələri arasında kəskin qütbləşmənin göstəricisidir və açıq şəkildə onu ifadə edir ki, region əhalisi çox geridə qalıb. Bütün bu bərbad vəziyyətin təşəkkül tapmasında monopoliya, korrupsiya, rüşvət, bacarıqsızlıq, qanunsuzluq, zorakılıq və sair faktorların rolu açıq şəkildə özünü göstərməkdədir”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024