Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşüb.

Unikal.org-un SOCAR-a istinadən verdiyi məlumata görə, görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, enerji keçidindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Xatırladaq ki, SOCAR prezidenti işgüzar səfəri çərçivəsində Sankt-Peterburq beynəlxalq iqtisadi forumunda iştirak edib və forumun energetika panelində çıxış edib.